Dünya

ABŞ-də bu şəxslərin vizaları kütləvi şəkildə ləğv olunur

11 Aprel 2025 07:28
Baxış: 607
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın ən azı 22 ştatında xarici tələbələr Amerika vizalarının səbəbsiz ləğvi ilə üzləşib.

Milli.Az xəbər verir ki, yerli hakimiyyət orqanları bu qərarları heç bir izahat vermədən həyata keçirir.

Məlumata görə, Kaliforniya, Ohayo və Şimali Karolinadakı tələbələr mülki geyimli polis əməkdaşları tərəfindən küçədə saxlanılır.

Hüquqşünaslar hesab edirlər ki, ən çox risk altında olanlar əvvəlcə saxlanılmış, Fələstinlə həmrəylik aksiyalarında iştirak etmiş və ya sosial şəbəkələrdə müəyyən siyasi məzmunlu paylaşımlar etmiş şəxslərdir.

Tələbələr və ali təhsil müəssisələri vizaların ləğvi səbəblərinin qeyri-müəyyənliyi və ABŞ hakimiyyət orqanlarının bu hərəkətlərinin qanuniliyinə dair ciddi narahatlıq ifadə edirlər. /APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.