Hadisə

6 nəfər tortdan zəhərləndi - YENİLƏNİB

11 Aprel 2025 10:35
Baxış: 881
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

10:35

TƏBİB Gəncədə 6 nəfərin tortdan zəhərlənməsi ehtimalı ilə bağlı məlumat yayıb.

Qurumdan Milli.Az-a bildirilib ki, 11.04.2025-ci il tarixində saat 03:00 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 6 nəfər (5 qadın, 1 kişi cinsli) hospitalizasiya olunub. 

Dəqiqləşdirilməmiş qastroenteritlər və kolitlər diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***08:58

Gəncədə 6 nəfərin tortdan zəhərlənməsi ehtimalı ilə bağlı araşdırmalar başlayıb.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb: "Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək".

xxx

Gəncə şəhərində 6 nəfər qidadan zəhərlənib.

Milli.Az report-a istinadən xəbər verir ki, M.İslamova (1955), T.Cəfərova (2008), N.Qədimova (2003), S.İslamova (1976), F.Abbasova (1998) və R.Qədimov (1996) zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Onların tortdan zəhərləndikləri ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.