Mədəniyyət

Berndə "Azərbaycanın dostları" diaspora birliyi tərəfindən Novruz Bayramı şənliyi keçirilib - FOTO

23 Mart 2025 22:11
Baxış: 886
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cari ilin 23 mart tarixində Bern şəhərinin Yehudi Menuhin Forum adlı məhşur konsert zalında Azərbaycan Respublikasının İsveçrədəki Səfirliyinin dəstəyi ilə "Azərbaycanın dostları" diaspora birliyi tərəfindən Novruz Bayramına həsr olunmuş geniş proqram təşkil edilib.

Programın konsert hissəsində muğam ifaçıları Mirələm Mirələmov, Rəvanə Qurbanova, tar ifaçısı Rövşən Qurbanov və kamança ifaçısı Toğrul Əsədullayevin ifasında milli musiqimizin inciləri səsləndirilib,  "Ritm" rəqs qrupunun təqdimatında da xalq rəqsləri nümayiş etdirilib.

Konsertlə yanaşı fotoqraf Andre Jabalinin təbiətin gözəlliyini tərənnüm edən sərginin açılışı olub. 

Program Bernin tarixi meydanların birində Novruz Tonqalının ətrafında həmvətənlərimizim və yerli sakinlərinin birgə rəqsləri ilə yekunlaşıb. 

Konsert, sərgi və tonqal ətrafında rəqslər İsveçrə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.