Azərbaycan, Rusiya Yazıçılar İttifaqlarının üzvü Tamilla Axundovanın yaradıcılıq gecəsi keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan, Rusiya və Moskva Yazıçılar İttifaqlarının üzvü, ali dərəcəli həkim, şair və publisist Tamilla Axundovanın yaradıcılıq gecəsi keçirilib. Tamilla Axundovanın yaradıcılıq gecəsi səhnədə poeziyanı, rəngkarlığı, musiqini və teatr sənətini bir araya gətirib. Onun poeziyasında vətənpərvərlik, təbiət mənzərələri, janr-məişət təsvirləri və müxtəlif yönlü məhəbbət-lirik mövzular zəngin bədii ifadəsini tapıb. Yaradıcılıq gecəsində bu mövzular həm müəllifin, həm də gecənin qonaqlarının ifasında səhnədən səsləndirilib. Gecə ərzində Tamilla Axundovanın sözlərinə yazılmış bir sıra musiqi əsərləri də təqdim olunub; həmin əsərlərin bəzilərinin musiqisinin müəllifi bilavasitə Tamilla xanımın özüdür. Bununla yanaşı, gecədə Azərbaycanın Xalq rəssamı Fərhad Xəlilovun əsərləri də nümayiş olunub.
Yaradıcılıq gecəsində Bakı Slavyan Universitetinin professoru, "Azərbaycanda Rus dili və ədəbiyyatı" jurnalının baş redaktoru, Respublikanın Əməkdar jurnalisti Flora Nəci; sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Alyona İnyakina; Azərbaycanın Əməkdar artistləri Bella Safina və Şölə Səfərəliyeva; bəstəkar və ifaçı Sevinc İbrahimova; "Yuğ" Teatrının aktrisası Günəş Tegin; Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Məmmədova; Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru və aktrisası Fəridə Nesterenko; Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı Yuliya Heydərova; bəstəkar və pianoçu Murad Muradov; qiraətçi Umar Qasımov; musiqiçilər - Şükufə Rəsulova, Gülnar İrşadi, Aytən Əliyeva, İntizam Qasımov, Xəyal Şərifov və Toğrul Qasımov; və tərkibinə Bəhram Xəlilov, Elşən Karaca, Şəbnəm Karaca, Təranə Vaqifqızı, Vədud Müəzzin, Qalibə Mirzəliyeva, Nuranı Nur-qiraət, Aytən Rüstəmli, İlqar Tahiri daxil olan "OCAQ" qrupu iştirak ediblər.
Tədbirin rejissoru Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisası Fəridə Nesterenko olub. Yaradıcılıq prosesinin məsləhətçisi Azərbaycanın Xalq artisti Şəfiqə Məmmədova olub. Tədbirin aparıcısı Nərgiz Cəlilova idi. Yaradıcılıq gecəsinin tərtibat və dizaynı Bəhram Xəlilov, vizual dizaynı isə Timur Əmirxanov tərəfindən hazırlanıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
XƏBƏR LENTİ
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb





