M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində "Fərqli bir axşam" silsiləsindən Kamera musiqisi axşamı keçirilib.
Öncəliklə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbər və baş dirijoru Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimov dinləyicilər qarşısında çıxış edərək onları konsertlə bağlı məlumatlandırıb.
Musiqili gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin musiqiçilərindən ibarət ansambllar dinləyicilər qarşısında çıxış edib.
Müxtəlif tərkibli ifaçılardan ibarət bu ansamblların üzvlərini- Səbinə Quliyeva (violin), Azərbaycan Respublikasının Əməkdar artistləri Əyyub Əliyev (cello), Failə İsmayılova (violin), Şəhla Əlizadə (arfa),Nicat Salmanov (fleyta) və Günel Kazımova (piano), Məmməd Rəcəbli (klarnet), Məhəmmədəli Paşazadə (klarnet), Maqda Sarnicka-İbrahimova (fleyta), Kamran Mirzəyev (violin), Aydan Salamova (violin), Səbuhi Axundov (viola), Ümid Musayev (faqot), İlahə Sadıqzadə (piano), Yelena Göyçayeva (violin), Kübra Erişen (violin), Nərgiz Manaflı (cello), Əminə Zülfüqarova (fleyta), Nərgiz Əliyeva (fleyta), Elina Əliyeva (violin), Aytac Kara (violin), Cəmilə Erol (viola) təmsil edirdi.
Proqramda Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az