Ölkə

Azərbaycanda suyun qiyməti dəyişdiriləcək?

25 Fevral 2025 14:59
Baxış: 997
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Gələcəkdə Azərbaycanda suyun istifadəsi ilə bağlı fərqli tarif modellərinin tətbiqi istisna edilmir".

Milli.Az "Report"a istinadla xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədrinin müşaviri Aydın Abbasov jurnalistlərə açıqlamasında bildirib.

"Hazırda Azərbaycanda su tarifləri Xidmətin faktiki xərclərini tam qarşılamır. Belə ki, 1 kubmetr suyun istehlakçıya çatdırılması 1 manat 91 qəpiyə başa gəlsə də, mövcud tarif 70 qəpik təşkil edir. Bu da su təchizatı sahəsində sürətli inkişafı çətinləşdirir. Bu səbəbdən tarif sisteminin diferensiallaşdırılması məsələsi gündəmə gələ bilər", - A.Abbasov qeyd edib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə konkret təkliflər hələ ki, müzakirə olunmur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.