"Televiziyada nalayiq sözlər, kim nə istəyir edir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Televiziyaları başa düşürəm. Çünki əsas maliyə gəlirləri reklamlardır. Reklam verən də baxır ki, hansı televeziyanın auditoriyası çoxdur. Ona görə də tamaşaçı üstündə telekanallar arasında rəqabət gedir. Televiziya da cəmiyyətə ondan tələb ediləni təqdim edir".
Milli.Az xəbər verir ki, bu sözləri Xalq artisti Siyavuş Kərimi APA TV-yə müsahibəsində deyib. O, televiziya və sosial şəbəkələrdəki mövcud durumu senzuranın olmaması ilə əlaqələndirib:
"Televiyizanın funksiyalarından biri maarifləndirmək, cəmiyyəti öz arxasınca aparmaqdır. Amma indi əksinədir, televiziyalar cəmiyyətin arxasınca gedir. Bu səbəbdə televiziya cəmiyyətin tələb etdiyi musiqiləri efirdə təqdim edir. Ümumiyyətlə mədəni proqramların cəmiyyətə təsiri məsələləri həll olunmaldır. Bu barədə parlamentdə məsələ qaldırılmalıdır. Əsas məsələ, ictimaiyyətin mədəni səviyyəsinin yüksəldilməsi olmalıdır. Bu gün istər televiziyada, istəsə də sosial şəbəkələrdə kim nə istəyirsə, onu da edir. Televiyaların özün də belə nalayiq sözlər eşitmək mümkündür. Demokratiya ilə mədəniyyət üst-üstə düşmür. Senzura mütləq olmalıdır. Senzuranı arşdırsanız diktaturanın bir növüdür. Diktatura da pis bir şey deyil. Evdə də hərdən diktaturaya ehiyac olur. Uşaq hər hansı nalayiq söz deyəndə siz onu vurursunuz ki, belə söz işlətmək olmaz. Bu, artıq dikrataturadır. Siz onu maarifləndirisiniz. Demokratiya isə nə istəyirsən etdir".
S.Kərimi Azərbaycan Milli Konservatoriyasının tələbələrinin işsizlik problemindən danışıb:
"Bu gün hamı daha çox toyda ifa olunan repertuarları vacib bilirlər. Onlar buna məcburdurlar. Çünki əsas toyda insanlar oynasınlar. Əgər insanlar toyda oynamırsa, deməli pis keçib. Əsas toy şən keçməlidir. Amma mən toya gedəndə 1 saatdan çox əyləşə bilmirəm. Çünki səsdən qulağım tutulur. Yüzlərlə, minlərlə musiqçi var. Amma toya müəyyən bir qrup gedir. Onların da digərlərinə baxanda yaşam durumu daha yaxşıdır. Digərləri isə iş axtarırlar.
Konservatoriyadan nə qədər məzun çıxır. Onları təyinatla işləməyə göndərmək lazımdır. Bölgələrdə müəllim çatmır. Bölgələrdəki müəllimlərin əməkhaqqı şəhərdəkindən artıq olmalıdr. Amma indi tələbələrimdən harada işlədiklərini soruşanda cavab verirlər ki, mağazada telefon satıram. Onu toya aparmırlar. Çox təəssüf belə məsələlər var. Tələbənin təhsildən sonra əmək fəaliyyətini düşünmək lazımdır. Onun üçün şərait yaratmaq lazımdır".
O, bu gün bəstəkarlıq fakültəsinə sənəd verənlərin az olması məsələsinə də toxunub:
"Bu gün bəstəkar heç kimə lazım deyil. Çünki o, gəlir, ciddi əsər yazır. Hamı isə bu dəqiqə toy mahnıları istəyir. Faciə də budur".
Qeyd edək ki, S.Kərimi bir müddət əvvəl Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Milli Musiqi Günü münasibətilə vağzalda fləşmob keçirildi - (Video)
-
Məşhur müğənni 15 ildən sonra Suriyada konsert verdi
-
Hörmüz boğazında tankerə hücum edildi
-
Afra Saraçoğlu da saxlanıldı
-
Ermənistanın keçmiş Baş nazirinin qardaşı saxlanıldı
-
Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
-
"Arda Güler “Barselona”ya gedəcəkdi, o açıqlamadan sonra qərarını dəyişdi"
-
Ölkədə ətin qiyməti bahalaşacaq?
-
Kadırovun 18 yaşlı oğlu çıxışı ilə gündəm oldu - (Video)
-
Oğurluq edən "Cennifer Lopez" saxlanıldı
-
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX - (Video)
-
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
-
Hərbi xidmət keçmədən “yararlı” hərbi bilet almaq mümkündürmü?
-
Türkiyədə 17 yaşlı qızlarını zəncirləyən valideynlər tutuldu: “Qızını döyməyən dizini döyər” - (Video)
-
Rusiya ordusunun 1668 günlük müharibədə itkiləri açıqlandı
-
Tbilisidə 55 uşaq və bir əməkdaş zəhərləndi
-
DTX terror təşkilatlarının kriptovalyuta üzərindən maliyyələşdirilməsini aşkarlayıb
-
Conidən evli olması xəbərinə reaksiya
-
Bakıda 13 yaşlı qız hamilə qaldı, 18 yaşlı oğlan həbs edildi
-
ABŞ qırıcısı qəzaya uğradı
-
Asya Alizadeyə növbəti qadağa
-
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
-
DTX terrorçuluqla bağlı əməliyyat keçirdi: 11 nəfər həbs edildi - (Video)
-
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər





