“Onun yarısı” adlı gənc rəssamların qrup sərgisi keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
4-5 iyul tarixlərində "ArtCoLab" Yaradıcı Gənclər Platformasının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Muzey Mərkəzinin tərəfdaşlığı ilə "Onun yarısı" adlı gənc rəssamların qrup sərgisi keçirilib.
Platformanın 5 illik yubileyinə həsr olunmuş sərgi 4 iyul tarixində Muzey Mərkəzində yerləşən Sərgi Qalereyasında açılıb və platformada təmsil olunan 26 gənc rəssam tərəfindən ərsəyə gələn 45 əsər ictimaiyyətə təqdim olunub.
Sərgilənən əsərlərin əksəriyyəti kətan üzərində yağlı boya ilə, yalnız bir əsər isə kağız üzərində sulu boya ilə işlənmiş müxtəlif mövzulu əsərlər olub.
Açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Mustafa Abbasbəyli, "Heydər Əliyev" ordenli heykəltəraş Ömər Eldarov, millət vəkilləri Sabir Rüstəmxanlı, Cavanşir Feyziyev, Arzu Nağıyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Muzey Mərkəzinin direktoru Liana Vəzirova, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov, "ArtColab" Yaradıcı Gənclər Platformasının rəhbəri Çinarə Quliyeva, "ArtColab" Yaradıcılıq Mərkəzinin baş müəllimi Casiyət Abdullayeva, ictimai xadimlər, gənc rəssamlar və kreativ sənayedə çalışan menecerlər iştirak ediblər.
İlk olaraq aparıcı Nigar Yusifova qonaqları salamlayaraq tədbiri açıq elan edib. Sonra isə "ArtCoLab" Yaradıcı Gənclər Platformasının rəhbəri Çinarə Quliyeva açılış nitqi ilə çıxış edib və sərgi ilə bağlı ətraflı məlumat verib. Öz növbəsində Ömər Eldarov, Sabir Rüstəmxanlı, Cavanşir Feyziyev, Arzu Nağıyev, Ağaəli İbrahimov çıxış edərək sərgi haqqında fikirlərini bölüşüblər.
Çıxışların ardından gənc rəssamların təltifolunma mərasimi baş tutub. Daha sonra sərginin rəmzi açılışı olan qırmızı lent kəsilib və qonaqlar sərgi ilə tanış olublar.
Qeyd edək ki, "ArtCoLab" Yaradıcı Gənclər Platforması tərəfindən 2022-ci ildə "Başla!" və 2023-cü ildə isə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "100il" adlı gənc rəssamların qrup sərgilərinin ardından bu il keçirilən "Onun Yarısı" adlı qrup sərgisi sayca üçüncüdür.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
XƏBƏR LENTİ
-
Ağdaşda 11 kənddə qaz kəsiləcək
-
Kolleclərə boş qalan yerlər üzrə qəbulun nəticələri elan edildi
-
Əvəz Zeynallının dəfn yeri açıqlandı - (Yenilənib)
-
Türkiyədə qanunsuz mərc əməliyyatı: 45 nəfər saxlanıldı
-
Aqrar sahədə hansı texnikalara güzəşt ediləcək?
-
Gələn il maaşlar artacaq?
-
İlkin Həsənidən bloqer xanımına bahalı hədiyyə - (Video)
-
Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil olunub - (Foto)
-
Yamal yaşadığı ağır günləri danışdı: "Atam dəmir yığırdı"
-
"Quran"ı təhqir edən komediyaçı azadlığa buraxıldı
-
U-17 qızlarımızın ilk sınağı ağır məğlubiyyətlə başa çatdı
-
Bakı-Naxçıvan-Bakı aviareysi təxirə salındı
-
Azər Aydəmir özünə yeni iş tapdı
-
Azərbaycan İnvestisiya Holdinqinin siyahısında dəyişiklik edilib
-
Pakistanda azərbaycanlı qadına qarşı qrup şəklində cinsi zorakılıq
-
Azərbaycanda hava ilə bağlı daha bir xəbərdarlıq
-
Cenifer Lopezin Milanda "balkon görüntüsü" müzakirə yaratdı - (Video)
-
Ermənistanda benzinin qiyməti rekord həddə çatdı
-
Xamenei Ərəb dənizi ilə bağlı xəbərdarlıq etdi - “Yaxın günlərdə...”
-
Hindistanda daşqınlar 81 nəfərin həyatına son qoydu
-
Pünhan Piriyevin toyundakı rəqsləri gündəm oldu - (Video)
-
Binəqədidə ana və oğul ölü tapıldı - (Yenilənib)
-
Aİ Rüstəm Minnixanova qarşı sanksiya tədbiq etdi
-
Seymur Cəfərov vəfat etdi





