Mədəniyyət

Bülbül Vokal Məktəbi ödənişsiz vokal dərslərinə tələbə qəbulu elan edir

3 İyul 2024 11:48
Baxış: 627
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan professional vokal sənətinin banisi Bülbülün  miras qoyduğu Azərbaycan milli vokal ənənələrini daşıyan Bülbül Vokal Məktəbi yeni tədris ili üçün tələbə qəbulu elan edib. 

Keçiriləcək müsabiqədə iştirak etmək üçün 1-20 iyul tarixlərində 10-35 yaş aralığında iştirakçıların CV ([email protected]) və ifaları qəbul olunacaq. WhatsApp - 010 317 18 97.  Birinci mərhələni keçən iştirakçıların dinləməsi 20-25 avqust tarixlərində baş tutacaq. 

Qeyd edək ki, Əməkdar artist, Bülbül məktəbinin davamçısı Ramil Qasımovun yaratdığı Azərbaycanda ilk dəfə ödənişsiz vokal dərslərinin keçirildiyi məktəb artıq bir ildir fəaliyyət göstərir.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.