İqtisadiyyat

Milli Yaylaq Festivalı çərçivəsində “KOB FEST” sərgi-satış yarmarkası keçirilir - FOTO

5 İyul 2024 19:48
Baxış: 989
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yarmarkada 100-dən çox mikro və kiçik sahibkarın 1500-dən çox çeşiddə məhsul və xidmətləri təqdim edilir.

Göygöl rayonunun Xan Yaylağında keçirilən "3-cü Milli Yaylaq Festivalı" çərçivəsində "KOB FEST" sərgi-satış yarmarkası da təşkil olunub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən sərgi-satış yarmarkasında KOB subyektləri tərəfindən hazırlanan şəbəkə sənəti, rəssamlıq, xalçaçılıq, taxta oyma, milli musiqi alətləri nümunələri və müxtəlif əl işləri nümayiş olunur.

Mikro və kiçik sahibkarlar tərəfindən istehsal olunan məhsulların satışına dəstək olmaq və onları tanıtmaq, istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsi məqsədilə keçirilən "KOB FEST" sərgi-satış yarmarkasında Göygöl, eləcə də ətraf rayon və şəhərlərdən ümumilikdə 100-dən çox KOB subyektinin 1500-dən çox ceşiddə məhsul və xidmətləri sərgilənir. Həmçinin sərgi-satış yarmarkasında mədəni-əyləncəli proqram da təşkil olunub.

Sərgi-satış yarmarkası iyulun 7-dək davam edəcək.

Qeyd edək ki, 2024-cü ildə "KOB FEST" sərgi-satış yarmarkalarının Şəki, Gəncə, Naxçıvan və s. şəhər və rayonlarda keçirilməsi planlaşdırılır. Yarmarkalarda məhsul və xidmətlərini təqdim edəcək mikro və kiçik sahibkarların iştirakı üçün ödəniş nəzərdə tutulmur, bütün xərclər dövlət dəstəyi hesabına qarşılanır. "KOB FEST"lərdə iştirak etmək istəyən KOB-ları, eləcə də ictimaiyyəti məlumatlandırmaq məqsədilə əvvəlcədən yarmarkanın keçiriləcəyi şəhər və rayonlar barədə Agentliyin saytında və sosial şəbəkələrdəki səhifələrində məlumat veriləcəkdir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.