Təhsil

Azərbaycanda məktəblər rəqəmsal dərsliyə keçir?

5 İyul 2024 19:12
Baxış: 418
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda dünyanın bir çox ölkəsində məktəblərdə rəqəmsal dərsliyə tam keçid edilib. Müxtəlif fənn kitablarının ağırlığından başqa, bu keçid şagirdlərin yeni rəqəmsal dünyaya uyğunlaşması və hazırlanması üçün bir addımdır.

Bəs Azərbaycanda rəqəmsal dərsliyə tam keçid nə dərəcədə mümkündür?

Rəqəmsal dərsliyə keçidlə bağlı Elm və təhsil nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, E-dərslik portalı 2014-cü ildən istifadədədir. https://www.e-derslik.edu.az/portal/. Müəllimlər üçün metodiki vəsaitlər artıq 2 ildir ki, yalnız rəqəmsal formatda hazırlanır (onların kağız versiyası çap edilmir).

"Rəqəmsal dərslik texniki standartları Beynəlxalq Rəqəmsal Nəşriyyat Forumu (İDPF) tərəfindən müəyyənləşdirilən elektron dərslikdir. Həmin dərslikləri müxtəlif elektron məlumat daşıyıcılarının, smartfonların, tabletlərin, kompüterlərin yaddaşına köçürmək və ya birbaşa açaraq istifadə etmək mümkündür. Dərsliklər müasir veb brauzerlərdə açılan internet səhifələrində olduğu kimi multimedia, video, səs və interaktiv xarakterli proqramları özündə ehtiva edir. Həmin versiyalarda məlumatı açar söz əsasında axtarışa vermək, hissələri kəsmək, köçürmək və s. əməliyyatları həyata keçirmək mümkündür. Bu dərsliklərin məzmunu kağız dərsliklərlə eynidir. Bütün təhsil müəssisələri rəqəmsal dərsliklər barədə məlumatlıdır. Müəllimlər və şagirdlər dərsliklərdən onlayn və ya oflayn istifadə edir", - deyə qeyd edilib.

Milli.Az bildirir ki, məsələ ilə bağlı Trend-in suallarını cavablayan təhsil eksperti Elçin Süleymanov qeyd edib ki, elektron dərsliklər sırf kağız formatında olan dərsliyin elektron formaya çevrilməsi ilə məhdudlaşmamalıdır. Orada əlavə resurlarla dəstəklənməlidir.

"Azərbaycanda pandemiya dövründə məcburən dərsliklər sistemi formalaşdırıldı. Kağız formatında dərsliklər onlayn formata çevrildi. Buarda təbii ki, kağız dərsliklərin çağı müəyyən qədər ekoloji problem yaradır. Amma bütün dərsliklərin rəqəmsal olması uyğun olmaya bilər. Qərbdə bir çox məktəblərdə dərs sinifdə öyrənilir, yəni ev tapşırığı olmur. Onlayn resurslar da bu nöqtədə onların işinə yarıyır. Rəqəmsal dərslikdə müxtəlif izahlar, interaktiv metodlar yer almalıdır. Tədricən müəyyən dərslər elektron formata çevrilə bilər", - deyə o bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.