Mədəniyyət

"Gəncə və Gəncəlilər" layihəsi Qəmbər Hüseynlinin əziz xatirəsinə həsr olunub - FOTO

6 İyun 2024 13:40
Baxış: 721
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının "Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, Gəncə torpağının yetirməsi, Qəmbər Hüseynlinin əziz xatirəsinə həsr olunub.

Bəstəkarın mahnılarından ibarət "Ay işığında" adlı konsert proqramında Xalq artisti Şahnaz Haşımova, Əməkdar artist Kəmalə Tağıyeva, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Vüsal Namazov, Zəminə Nuriyeva, Azər Verdiyev, Samirə Hacıyevanın ifasinda Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə "Xəyali rəqs", "Ömrümün yazısan", "Tellər oynadı", "Gəlmədin", "İlk məhəbbət", "Söz olur", "Ay işığında" və digər mahnıları səsləndirilib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.