Mədəniyyət

“Muğam mühazirələri”nin “Şur” muğamına həsr olunan konserti təqdim olunub - FOTO

24 May 2024 16:16
Baxış: 510
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzində (BMM) "Muğam mühazirələri"nin "Şur" muğamına həsr olunan konserti təqdim olunub. "Azərbaycan muğamı" adlı layihə çərçivəsində tanınmış xanəndə, pedaqoq, Əməkdar incəsənət xadimi Aqil Məlikovun iştirakı ilə gerçəkləşib.

Konsertdən əvvəl BMM-nin direktoru, Əməkdar artist Sahib Paşazadə Aqil Məlikovu Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülməsi münasibətilə təbrik edərək, yaradıcılıq uğurları arzulayıb.

Daha sonra muğam konserti şəklində təqdim olunan ədəbi-bədii gecədə "Şur" muğamı səslənib. Muğamın xüsusiyyətləri, şöbələrdə qəzəllərin bölünməsi, rəng və təsniflər haqqında muğam ustasının söhbət və qənaətlərini xanəndə Elbrus Niftəliyev və Muğam televiziya müsabiqəsinin qalibləri Xətai Hacıyev və Vüqar Əbilovun ifaları əvəzləyib. Xanəndələr mühazirəni əyani şəkildə öz ifaları ilə tamaşaçılara nümayiş etdiriblər.

Aqil Məlikovun muğam və qəzəlin bir-biri ilə bədii-estetik, lirik-emosional bağlılığı, qəzəllərin məzmunu, obrazlılığı, muğam musiqisinə təsiri mövzusunda çıxışı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Xanəndələri tarzən Rəşad Ibrahimovun rəhbərliyi ilə instrumental heyət müşayiət edib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.