Mədəniyyət

“Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert keçirilib - FOTOlar

29 Aprel 2024 21:29
Baxış: 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş "Yeni adlar" layihəsi çərçivəsində növbəti konsert keçirilib.     

Dirijor Mustafa Mehmandarovun rəhbərliyi,  Ü.Hacıbəyli adına Azərbyacan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor  Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimov) müşayiəti ilə solistlər - Respublika və beynəlxalq müsabiqələr laureatları Nərminə İsmayılova (piano), Rüstəm Zeynalov (piano), Zərrin Əliyeva (violin), Humay Hacızadə (viola) və Aynur Abdullayeva (violin) öz ifalarını dinləyicilərə təqdim ediblər.

Konsertdə C.Saint-Saens "Le Carnaval des animaux" süitası, M.Bruch viola və orkestr üçün "Romans" F-dur (op.85), M.Ravel "Qaraçı qızı" rapsodiyası və S.Raxmaninov Paqanini mövzusuna rapsodiya, a-moll (op.43) səslənib. 

Məlumat üçün nəzərinizə çatdıraq ki, "Yeni adlar" müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edən layihədir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.