Bakıda “Azərbaycan milli mətbəxi” adlı rəsm sərgisi keçiriləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
20-21 may tarixlərində Shah Palace Hoteldə KamART İncəsənət Qalereyasının uşaq və yeniyetmələrindən ibarət 26 nəfərin "Azərbaycan milli mətbəxi" adlı qrup sərgi-layihənin açılış mərasimi baş tutacaq. Burada Azərbaycan mətbəxini əks etdirən isti və soyuq yeməklər, ət və xəmir xörəkləri, dolmalar, kabablar, süd və çörək məhsulları, qəlyanaltılar, turşu və şirniyyatlar, şərbət və mürəbbələr - Azərbaycanın müxtəlif bölgələrinə aid, bir-birindən maraqlı və rəngarəng kompozisiyalar yer almışdır. Yeməklərlə yanaşı xalqımızın yaşadığı mühiti - evin daxili görünüşünü, orada yerləşən əşyaları, istifadə etdiyi qab-qacağı, xalça və süfrələri göstərməyə çalışıblar. Azərbaycan mətbəxinin yaradılmasına və inkişafına böyük təsir göstərən, yeməklərin bişirilməsində istifadə edilən təndir, ocaq, sac və manqal xüsusi olaraq təsvirlərdə əks olunmuşdur. Bununla yanaşı müxtəlif bölgələrə məxsus tarixi abidələr də rəsmlərdə yer almışdır.
Layihənin ideyası, reallaşdırılması, kuratoru və təşkilatçılığı Qalereyanın direktoru Kəmalə Cəfərzadəyə məxsusdur. Milli mətbəxə aid rəsmlərin işlənilməsi zamanı peşəkarlar da öz məsləhət və tövsiyyələrini vermişlər. Kulinariya sahəsində tanınmış mütəxəssis Əməkdar Mədəniyyət işçisi Tahir Əmiraslanov, rəssamlıq dünyasında öz dəst-xətti ilə sevilib seçilən əməkdar rəssam Rəşad Cabarov və tanınmış rəssam, yerli və beynəlxalq layihələr laureatı Samir Qafarov rəsmlərdə olan abu-havaya fərqli düşüncələri ilə daha da maraqlı və fəlsəfi süjet qatmışlar.
Qeyd etmək lazımdır ki, "Azərbaycan mətbəxi" adlı sərgi 16-17 mart tarixlərində Tokioda Azərbaycanın Yaponiyadakı səfirliyinin dəstəyi ilə nümayiş etdirilmişdir.
Qalereyanın şagirdlərinin yaratdığı bu mövzunun yaddaşlarda qalması üçün yalnız sərgilərlə kifayətlənməmiş, sərginin kataloqunu da hazırlamışlar.
Sərginin keçirilməsində məqsəd - uşaq və yeniyetmələrin diqqəti Azərbaycanın mədəni irsinə və kulinariya ənənələrinə cəlb etmək və istedadlı gənc rəssamlara dəstək olmaqdan ibarətdir.
Sərgi 21 may tarixinə kimi davam edəcək.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
DİGƏR XƏBƏRLƏR
-
Ofeliya Sənani xəsarət aldı: “Yerə çırpıldım..."
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
-
“Bu, sənin anşlaqındır...” – Bakıda səhnə ustası, Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
-
Mingəçevirdə binada yanğın - Zəhərlənənlər var - (Foto)
-
Almaniyada yanacaq bahalaşdı
-
Bakıda dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş - (Foto-Video)
-
Saç qaynağının gizli təhlükəsi
-
10 günə 100 min özbək Rusiyadan getdi
-
Dünyada ilk dəfə belə döyüş oldu - (Video)
-
Selin Dion 6 il sonra səhnəyə qayıtdı - (Video)
-
ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı
-
Elgiz əməkdar artistlə verilişdə "söz savaşı"na çıxdı" - (Video)
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Əməkdar artist görünüşündə dəyişiklik etdi - (Video)
-
Həmin gündən 4 il ötdü... - (Fotolar)
-
Bakıda taksi sürücüsünün qazancı müzakirə yaratdı - (Video)
-
Ofeliya Sənani xəsarət aldı: “Yerə çırpıldım..."
-
Soda İbrahimiyə edam cəzası verildi
-
“Çocuklar Duymasın”ın aktrisası tanınmaz halda - (Foto)
-
"Məhkəməyə onun qardaşı yox, Güllünün oğlu kimi gedəcəyəm"
-
Bədii gimnastların zəriflik şousu başa çatdı - (Foto)
-
Yaşlanmamaq üçün oğlunun qanını özünə köçürmüşdü, indi də itinin ömrünü "uzatmaq" istəyir
-
Ən paxıl BÜRCLƏR – Gözlərinə görünməyin
-
Trampın uşaqlıq illərini keçirdiyi malikanə satıldı - (Foto)
-
Şəbnəm Tovuzlu geyim ilə müzakirə yaratdı - (Video)





