Dünya

Qeri Mayers vəfat etdi - (Foto)

13 Sentyabr 2026 12:57
Baxış: 158
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

NASCAR yarışlarının əfsanəsi Qeri Mayers 76 yaşında vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti yarışçının ailəsinə istinadən məlumat verib.

Qeyd edək ki, Qeri Mayers "NASCAR Winston Cup Series" seriyasında debütünü 1974-cü ildə "Yankee 400" yarışında edib və bu seriyanın 47 yarışında iştirak edib.

O, həmçinin "NASCAR Grand National East Series" və "NASCAR Featherlite Modified Tour" yarışlarında da mübarizə aparıb. Bundan əlavə, Mayers 1996-cı ildə turun çempionu titulunu qazanaraq 15 dəfə "SMART Modified Tour"un qalibi olub.

Q.Mayers avtoyarış pioneri Billi Mayersin oğlu, pilotlar Bert və Ceyson Mayerslərin atası və yarış karyerası 2024-cü ildə başlayan Sleyt Mayersin babası olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.