"Su və rəng ahəngi-2023” adlı ənənəvi akvarel sərgisi açıldı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
IWS Azerbaijan (Beynəlxalq Akvarel Cəmiyyətinin Azərbaycan nümayəndiliyi), Xətai Sənət Mərkəzi (IWS Xətai Akvarel Qalereyası) və Azərbaycan Dövlət Rəsm Qalereyası təşkilatçılığı , Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə Xətai Sənət Mərkəzində Azərbaycan akvarelist rəssamlarının "Su və rəng ahəngi-2023" adlı ənənəvi akvarel sərgisi açıldı.
Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktor müavini Gülşən Qəribli açdı.Söz alan Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov,Sənətşünaslıq üzrə Fəlsəfə doktoru Ziyadxan Əliyev, Beynəlxalq Akvarel Cəmiyyətininnin prezidenti, dünya şöhrətli rəssam Atanur Doğan , Beynəlxalq Akvarel Cəmiyyətinin Azərbaycan nümayəndiəsi Səbinə İskəndər, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov oz ürək sözlərini bölüşdülər. Tədbir Dünya şöhrətli akvarelist rəssam Atanur Doğan Azərbaycanın ərazi bütövlüyünün bərpasına həsr edilmiş və iki qardaş ölkə Azərbaycan və Türkiyənin dostluq və birliyinin rəmzi olaraq akvarel texnikasında demonstrativ ustad dərsi və qonaq Atanur Doğan və Azərbaycan rəssamları ilə birlikdə dostluq rəmzi olan Akvarel performansı ilə davam etdi.
Həmcinin, sərgisi çərçivəsində rəssamlarımız IWS Globe Beynəlxalq Akvarel Cəmiyyətinin yaradıcısı və prezidenti ilə birlikdə yaradıcı prosesdə iştirak etdilər və rəssamlar və tədbirin təşkilatçıları, Atanur Doğan ilə Azərbaycanda akvarel sənətinin inkişaf yollarını müzakirə etdilər.
Nəzərinizə çatdıraq ki,mövzusu, texnikası və ölçüsü sərbəst olan sərgiyə ümumilikdə 100-dən çox sulu boyaçı rəssam 250-dən çox əsər təqdim etmiş, əvvəlcədən təyin olunmuş seçim heyyətinin bal sistemi ilə qiymətləndirilərək 56 rəssamın 100 əsəri seçilərək ekspozisiyaya daxil edilmişdir.
Müasir dünyamızda öz aktuallığını qoruyan akvarel əsərlərə ölkəmizdə də istər rəssamlar arasında istərsə də ictimai maraq baxımından müsbət addımlar nəzərə çarpır. Belə ki, son illər bu janrda həyata keçirilən müxtəlif formatlı tədbirlər o cümlədən, müsabiqə, sərgi, festival ,vorkşop, ustad dərsləri və dəyirmi masa söhbətləri sulu boyaçı rəssamları akvarel texnikası ilə işləməyə həvəsləndirir və bu hərəkətlilik ictimai marağın yüksəlməsini qaçılmaz edir.
"Su və rəng ahəngi-2023" akvarel sərgisi canlılığı, rəngarəngliyi və diqqətçəkən rəsmləri ilə akvarel üslubunda işlənmiş əsərlərə daha çox ictimai marağın artmasına xidmət edəcəyinə inanırıq.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gəncə və Bakı teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb -
-
Şəfiqə Məmmədova və Fəxrəddin Manafov “Laçından keçən ulduzlar” layihəsinin ilk qonaqları olublar - (Foto)
-
Əyyub Quliyevin rəhbərliyi ilə Dövlət Kamera Orkestrinin konserti keçirildi - (Foto)
-
Sofiyada “Azərbaycan Xalçaları Həftəsi” keçirilib: milli irsimiz Bolqarıstanda geniş şəkildə təqdim olunub - (Foto)
-
Cəlil Məmmədquluzadənin “Kamança” pyesinin motivləri əsasında “Kamança 20/20” adlı yeni tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
Xalq rəssamı Oqtay Şıxəliyevin 95 illik yubileyinə həsr olunmuş sərginin açılışı keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Vuqar İbrahimov vəfat etdi
-
Sabah bu ərazilərdə su olmayacaq
-
Ayın 16-da intensiv yağış yağacaq - Proqnoz
-
Ardanın yeni maaşı məlum oldu
-
ANAMA sədrinin müavini məhkəməyə verilir - Generalın qızından iddia
-
Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
-
Türkiyə sahillərində zəlzələ oldu
-
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
-
Kamaləddin Qafarov: Azərbaycan-Böyük Britaniya tərəfdaşlığı qarşılıqlı etimada və ortaq strateji maraqlara söykənir
-
Sabahdan bu binalara istilik verilməyəcək
-
Bakıda hava kəskin dəyişir: Temperatur 8 dərəcə enəcək - Tarixlər
-
Azərbaycan Fələstini təbrik etdi
-
Azərbaycan gimnastları Çində keçirilən turnirdə bürünc medal əldə ediblər
-
Səudiyyə Ərəbistanında iki pilotsuz uçuş aparatı vurulub
-
Hörmüz boğazında iki neft tankerində yanğın baş verib
-
Kamçatkada 5 zəlzələ baş verdi
-
Rəşad Məcidə ağır itki
-
İranda ağır qəza: 11 nəfər öldü, 19 nəfər yaralandı
-
Arılar 35 dərəcə şaxtada belə sağ qalırlar
-
Payızda dəriyə necə qulluq edilməlidir?
-
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
-
İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...
-
Zülalla ən zəngin çərəz
-
Yuxusuz gecədən sonra bunu edin





