"Su və rəng ahəngi-2023” adlı ənənəvi akvarel sərgisi açıldı - FOTO

19 Dekabr 2023 16:20

IWS Azerbaijan (Beynəlxalq Akvarel Cəmiyyətinin Azərbaycan nümayəndiliyi), Xətai Sənət Mərkəzi (IWS Xətai Akvarel Qalereyası) və Azərbaycan Dövlət Rəsm Qalereyası təşkilatçılığı , Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə Xətai Sənət Mərkəzində Azərbaycan akvarelist rəssamlarının "Su və rəng ahəngi-2023" adlı ənənəvi akvarel sərgisi açıldı.

Tədbiri giriş sözü ilə  Azərbaycan Dövlət Rəsm Qalereyasının direktor müavini Gülşən Qəribli açdı.Söz alan  Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov,Sənətşünaslıq üzrə  Fəlsəfə doktoru  Ziyadxan Əliyev, Beynəlxalq Akvarel Cəmiyyətininnin  prezidenti, dünya şöhrətli rəssam  Atanur Doğan , Beynəlxalq Akvarel Cəmiyyətinin Azərbaycan nümayəndiəsi Səbinə İskəndər,   Xətai Sənət Mərkəzinin direktoru Zahid  Əvəzov  oz ürək sözlərini bölüşdülər. Tədbir  Dünya şöhrətli akvarelist rəssam  Atanur   Doğan  Azərbaycanın ərazi bütövlüyünün bərpasına həsr edilmiş və iki qardaş ölkə Azərbaycan və Türkiyənin dostluq və birliyinin rəmzi olaraq akvarel texnikasında demonstrativ ustad dərsi və qonaq Atanur Doğan və Azərbaycan rəssamları ilə birlikdə dostluq rəmzi olan Akvarel performansı ilə davam etdi.
Həmcinin,  sərgisi çərçivəsində rəssamlarımız IWS Globe Beynəlxalq Akvarel Cəmiyyətinin yaradıcısı və prezidenti ilə birlikdə yaradıcı prosesdə iştirak etdilər və rəssamlar və tədbirin təşkilatçıları, Atanur Doğan ilə Azərbaycanda akvarel sənətinin inkişaf yollarını müzakirə etdilər.
  Nəzərinizə çatdıraq ki,mövzusu, texnikası və ölçüsü sərbəst olan sərgiyə ümumilikdə 100-dən çox sulu boyaçı rəssam 250-dən çox əsər təqdim etmiş, əvvəlcədən təyin olunmuş seçim heyyətinin bal sistemi ilə qiymətləndirilərək 56 rəssamın 100 əsəri seçilərək ekspozisiyaya daxil edilmişdir.

Müasir dünyamızda öz aktuallığını qoruyan akvarel əsərlərə ölkəmizdə də istər rəssamlar arasında istərsə də ictimai maraq baxımından müsbət addımlar nəzərə çarpır. Belə ki, son illər bu janrda həyata keçirilən müxtəlif formatlı tədbirlər o cümlədən, müsabiqə, sərgi, festival ,vorkşop, ustad dərsləri və dəyirmi masa söhbətləri sulu boyaçı rəssamları akvarel texnikası ilə işləməyə həvəsləndirir və bu hərəkətlilik ictimai marağın yüksəlməsini qaçılmaz edir.

"Su və rəng ahəngi-2023" akvarel sərgisi canlılığı, rəngarəngliyi və diqqətçəkən rəsmləri ilə akvarel üslubunda işlənmiş əsərlərə daha çox ictimai marağın artmasına xidmət edəcəyinə inanırıq.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az