Mədəniyyət

Nəcibə Behbudovanın qəbri dağılıb

5 Dekabr 2023 11:15
Baxış: 1 502
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Nəcibə Behbudovanın məzarı dağılıb.

Milli.Az xəbər verir ki, bununla bağlı görüntülər "Baku TV"də yayılıb.

Məsələ ilə bağlı Yasamal Bələdiyyəsindən bildirilib ki, qəbir güclü külək nəticəsində dağılıb:

"Güclü külək nəticəsində daş aşıb. Burada köhnə qəbirlər çoxdur, amma ilk dəfədir ki, belə hal baş verib".

Bildirilib ki, Yasamal qəbiristanlığında dəfn olunan mərhumun baş daşı yenisi ilə əvəz olunacaq.

Qeyd edək ki, aktrisa 1999-cu ildə vəfat edib. O, müğənni Rəşid Behbudovun bacısıdır. Mərhumun ən sevilən obrazı "Bəyin oğurlanması" filmində canlandırdığı Bibixanımdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.