Fəridə Vəlixanova vəfat etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, fil.e.d., prof. Fəridə Vəlixanova dünyasını dəyişib.
Tanınmış elm xadimi 88 yaşında vəfat edib.
Fəridə Ağaəli qızı Vəlixanova 1935-ci ilin oktyabrın 21-də Bakı şəhərində anadan olmuşdur. Fəridə Vəlixanova orta təhsilini 132 saylı şəhər məktəbində almış, məktəbi qızıl medalla bitirdikdən sonra 1953-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur.
F.Vəlixanova 1958-ci ildə ali təhsilini başa vurub, azərbaycanlı professor Əziz Şərifin rəhbərliyi ilə yazdığı diplom işini uğurla müdafiə etmiş və universiteti yüksək qiymətlərlə qurtarmışdır. Ona Moskvada qalıb işləmək təklif edilsə də vətənə qayıdıb, Azərbaycan SSR Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda akademik M.A.Dadaşzadənin rəhbərlik etdiyi şöbədə elmi fəaliyyətə başlamışdır. İki il sonra o, SSRİ Elmlər Akademiyasının M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasına daxil olmuş və 1964-cü ildə görkəmli ədəbiyyatşünas akad. Q.İ.Lomidzenin rəhbərliyi altında "Səməd Vurğun poeziyasının rus dilinə tərcümələri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. F.Vəlixanova 1977-ci ildə uzun və gərgin bir əməyin nəticəsində hasilə gələn "Azərbaycan sovet poeziyası rus dilində" mövzusundakı doktorluq dissertasiyasını müdafiə edir.
1982-ci ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun tərkibində "Bədii tərcümənin nəzəriyyəsi, tarixi və təcrübəsi" şöbəsi yaradıldı və F.Vəlixanova şöbənin müdiri təyin edildi.
Fəridə Vəlixanovanın elmi-tədqiqatçılıq fəaliyyəti çoxcəhətlidir. O, Moskvada və Bakıda çıxmış "Azərbaycan sovet ədəbiyyatı tarixi oçerkləri" (M., Nauka, 1963), ikicildlik "Azərbaycan sovet ədəbiyyatı tarixi" (B., "Elm", 1968), yeddicildlik "Çoxmillətli sovet ədəbiyyatı tarixi" (M., Nauka, 1970), altıcildlik "Azərbaycan ədəbiyyatı tarixi" kitablarında ədəbiyyatımızın beynəlxalq əlaqələrinə aid və s. icmal oçerklərlə həm müəllif, həm də elmi redaktor kimi iştirak etmişdir.
Görkəmli alim AMEA Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının üzvü, doktorluq və namizədlik dissertasiyaları üzrə Nəsimi adına Dilçilik və Nizami adına Ədəbiyyat İnstitutlarının Birləşmiş Müdafiə Şurasının (1967-1982) ictimai əsaslarla elmi katibi, Əlaqələndirmə Şurasının üzvü, Respublika Prezidenti yanında AAK Ekspertlər Şurasının (1993-2013) üzvü, Moskva və Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir sıra jurnal və məcmuələrin redaksiya heyətlərinin üzvü olmuşdur.
F.Vəlixanovanın Azərbaycan ədəbiyyatşünaslıq elmi sahəsindəki xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmiş, o, dəfələrlə Fəxri fərmanlarla mükafatlandırılmış, Əməkdar elm xadimi adına, Prezident təqaüdünə layiq görülmüşdür.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hikmət Mustafayevə yüksək vəzifə verildi
-
Bakıda V Beynəlxalq Gənclər Kino Festivalı SALAM keçiriləcək - (Video)
-
Əli İsa Cabbarovun maxinasiyaları və xarici maraqlar... - Kino İttifaqında nə baş verir?
-
Bu teatra Müslüm Maqomayevin adı veriləcək
-
Əməkdar incəsənət xadiminin məzarı dağılmış vəziyyətdədir - (Foto)
-
Bakıda axşam konsertləri davam edir - (Foto)
XƏBƏR LENTİ
-
Özbəkistan Vaşinqtonda liderlərin tarixi görüşünü Prezident İlham Əliyevin şəxsi diplomatiyasının parlaq qələbəsi kimi qiymətləndirir - Şavkat Mirziyoyev
-
Özbəkistan Qarabağın bərpasında ilk praktiki yardım göstərən ölkə olub - Prezident İlham Əliyev
-
Azərbaycan və Özbəkistanın birgə investisiyalarının həcmi 500 milyon dollardan xeyli yüksəkdir - Prezident İlham Əliyev
-
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - (Video/Foto)
-
Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti ilə təkbətək görüşü olub - (Video/Foto)
-
Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər - (Video)
-
Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər - (Video)
-
Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib
-
Kristofer Nolanın filmi rekord gəlirlə tarixə düşdü
-
Hazal Kaya “Uzak şehir” serialından imtina etdi
-
Prezident Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı paylaşım edib - (VİDEO)
-
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - (Yenilənib/Video/Foto)
-
Cəlilabadda avtomobil yandı
-
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb (VİDEO)
-
“Sabah” – “Hapoel” oyununa hakim təyinatları açıqlandı
-
Xalq artisti Şükufə Yusupovanın vəziyyəti açıqlandı
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər - (VİDEO)
-
Qazaxıstanın vitse-prezidentinin adı 7–10 gün ərzində açıqlanacaq - Tokayev
-
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında müttəfiqlik münasibətlərinin inkişafında mühüm mərhələdir
-
Sabahın hava proqnozu açıqlandı
-
Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib (VİDEO)
-
Avropa liderləri Kiyevə gəldilər
-
Yeniyetmə cüdoçularımız Türkiyədə 4 medal qazandılar





