Mədəniyyət

Onkoloji xəstəlikdən əziyyət çəkən xalq artistinin SON HALI - FOTO

2 Sentyabr 2023 23:22
Baxış: 3 385
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Onkoloji xəstəlikdən əziyyət çəkən Xalq artisti Ramiz Məlikin son halı görənləri təəccübləndirib.

Bizim.Media xəbər verir ki, 80 yaşlı sənətkarın fotosunu Akademik Milli Dram Teatrının aktyoru Əməkdar artist Aslan Şirin sosial şəbəkə hesabında paylaşıb.  

Şəkildə R.Məlikin xəstəliyi ilə bağlı xeyli çəki atması diqqətdən yayınmayıb. A.Şirin həmkarı ilə birgə çəkilən fotoya "Siz mənim üçün çox önəmli birisiniz. Xətriniz əzizdir, Ramiz müəllim. Na yaxşı ki, sizi tanımışam. Allah sizə uzun ömür versin" şərhini yazıb.  
Qeyd edək ki, Ramiz Məlik avqust ayının ortalarında Bizim.Media-ya açıqlamasında səhhətinin normal olduğunu və müalicələrini evdə qəbul etdiyini bildirmişdi.  

Xatırladaq ki, sənətkar 80 illik yubileyi münasibəti ilə dövlət başçısı tərəfindən "Şöhrət" ordeninə layiq görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.