Muğam Mərkəzində “Üç nəsil bir konsert” adlı musiqi axşamı təqdim olunacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyunun 5-də Beynəlxalq Muğam Mərkəzində "Üç nəsil bir konsert" adlı musiqi axşamı təqdim olunacaq.
Gecədə Xalq artisti Rasim Abdullayev(violonçel), Ülviyyə Abdullayeva(fortepiano) və Anastasiya Mişula (violin) çıxış edəcəklər. Konsert proqramı "Əlhambradan Şirvanşahlara qədər" layihəsinin davamı olaraq reallaşır. Bu konsert, eyni ailədən olan üç nəsil musiqiçinin səhnədə görüşməsi ilə yanaşı, Ülviyyə Abdullayeva və ispan rəssamı və heykəltəraşı Nani Boronatın şəxsi layihəsinin davamıdır. 2017-ci ildə Nani Boronat tərəfindən başladılan CENTİNELAS (Mühafizəçilər) adlı antropoloji və estetik xarakterli daha geniş bir layihəyə daxil edilmiş fəsildir. 2021-ci ilin payızında Boronat Ülviyyə Abdullayevaya İspan və Azərbaycan ənənələrini birləşdirən sərgi və konsertin eyni vaxtda təqdimatından ibarət olan bu estetik macərada iştirak etməyi təklif etdi. "Mühafizəçilər" fiqurunu nəzərə alaraq, iki emblem, hər iki mədəniyyətin iki təmsilçi memarlıq simvolu kimi Qranadadakı Əlhambra Sarayı və Bakıdakı Şirvanşahlar sarayı seçilib. Hər iki coğrafi nöqtə, yəni Granada və Bakı, Asiyaya qədər uzanan müxtəlif Aralıq dənizi mədəniyyətlərinin ərazilərini əhatə edən mədəni körpünün iki ucu kimi qəbul edilir. Əfsanəvi ssenaridə hər iki "mühafizəçi" Əlhambra və Şirvanşahlar bu gün eyni dərəcədə vacib, lakin məsafədə çox uzaq olan, eyni zamanda folklor, mistik və mənəvi ənənələrinə görə ispan-əndəlus və Azərbaycan kimi yaxın olan iki mədəniyyətin fəal simvollarıdırlar. Materialların bir il yarım sürən mübadiləsi və birgə seçimindən sonra, 2022-ci ilin may ayında Münhendə (Haus des Deutschen Ostens) keçirilən ilk konsertdə Ülviyyə Abdullayevanın təklif etdiyi musiqi proqramı ilə birgə Boronatın rəsm və heykəltəraşlıq ssenarisi təqdim edilib. Repertuara həm İspaniyadan (Manuel de Falla, Enrike Qranados və İsaak Albenis), həm də Azərbaycandan (Qara Qarayev və Günay Mirzəyeva) bəstəkarların əsərləri daxil edilmişdi.
Ülviyya Abdullayeva Bakıda ikinci konsert verir, amma bu dəfə Nani Boronatın səhnə heyəti olmadan. Beləliklə, pianoçu öz doğma şəhərində "Əlhambradan Şirvanşahlara qədər" layihəsi üçün yeni material təqdim etmək təşəbbüsünü, məsuliyyətini və meyarlarını öz üzərinə götürür. Bu, atası, məşhur violonçel ifaçısı Rasim Abdullayev və qızı, gənc skripkaçı Anastasiya Mişula ilə əməkdaşlıq nəticəsində genişləndirilmiş və zənginləşdirilmiş yeni repertuardır. Pianoçu Bakıda olduğu müddətdə Nani Boronatla birlikdə "Əlhambradan Şirvanşahlara qədər" layihəsinin modelləşdirilməsini davam etdirmək üçün doğma mədəniyyətinin estetik materialını toplamaq niyyətindədir.
Biletlər əldə etmək uçün https://iticket.az/events/concerts/uc-nesil-bir-konsert/92629
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
-
Dövlət Uşaq Filarmoniyası istedadlı yetirmələri ilə musiqi bayramına öz töhfəsini verməyə davam edir - (Foto)
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
Türk Dünyası Bəstəkarlar İttifaqının – "Turkic Union of Composers" yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb - (Foto)
XƏBƏR LENTİ
-
Qaxda 44 yaşlı şəxs bıçaqlandı
-
Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç olub
-
Paytaxtın 8 küçəsində tıxac var
-
Nə pilates, nə fitnes, nə də yoqa: Bədən üçün ən sağlam idman növü bəlli oldu
-
Eşşəkdən pələngədək: məşhurların ən qeyri-adi ev heyvanları
-
Ərinin geyiminə reaksiyası müzakirələrə səbəb oldu - (Video)
-
Ruh sağlamlığınızın pisləşdiyini göstərən 8 əlamət
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi





