Mədəniyyət

"Yalansa, başınıza Afaq boyda daş düşsün”

19 May 2023 10:03
Baxış: 7 542
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Afaq Bəşirqızı Teatr Xadimləri İttifaqı haqda açıqlama verib.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə o, Dadaş Dadaşlinskinin qonağı olarkən danışıb.

Aktrisa söyləyib ki, bir vaxtlar onun sözügedən quruma sədr seçilmək istədiyini deyənlər olub:

"Deyirlər ki, Afaq Bəşirqızı o vaxt Teatr Xadimləri İttifaqının sədri olmaq istəyirdi. Yalansa, başınıza Afaq boyda daş düşsün".

Bəşirqızı Dadaşlinskinin ittifaqdakı son vəziyyət barədə sualına gəlincə qəribə reaksiya verib:

"Deyir, filankəs ölür, vəziyyəti necədir? Cavab verir ki, döşəyi üstünə atdım, bir az oturdum ki, asan ölsün. Yaxşı olar. Hər şey seçkilərdən asılıdır. İnandıqları, tələb edə biləcəkləri, dost kimi yaxınlaşacaqları, dərdlərini bölə biləcəkləri insanı seçsinlər".

Qeyd edək ki, Azər Paşa Nemətovun ölümündən sorna ittifaqda sədrin səlahiyyətlərinin icra edilməsi müvəqqəti olaraq Xalq artisti Hacı İsmayılova tapşırılıb.   

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.