Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəsti Cəfərova: "Onun dövründə repressiya qurbanı oldum"
27 May 2010 10:13
Baxış: 1 420
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türk dünyasının atası Atatürkun teatr barədə söylədiyi fikir bu gün də aktuallığını qoruyur. "Teatr bir məmləkətin kültür səviyyəsinin aynasıdır". Həqiqətən teatr mədəniyyətin aparıcı qolu olmaqla yanaşı, hər bir millətin mədəni, irsi, əxlaqi dəyərlərinin göstəricisidir. Teatr maarifləndirməyə, tərbiyələndirməyə, düşündürməyə, estetik zövq verməyə xidmət etməlidir. Deməli, bu sahədə çalışan incəsənət xadimlərinin üzərinə həqiqətən böyük məsuliyyət düşür. Mədəniyyətin bir çox aparıcı sektorları mövcuddur. Təbii ki, onlar da məhz incəsənətin inkişafında önəmli rol oynayırlar. Kino, rəssamlıq, musiqi, opera sahəsi və adlarını sadalamaqla bitməyən onlarla digər mədəniyyət ocaqları. Fikrimizcə, bütün bunlara baxmayaraq, teatr sahəsini xüsusilə fərqləndirmək lazımdı. Çünki teatr canlı ünsiyyət vasitəsi olduğu üçün tamaşaçıya daha çox təsir etmək gücünə malikdir. Düşünürük ki, kino sahəsi ilə müqayisədə teatr daha böyük əmək, məsuliyyət, peşəkarlıq, sevgi tələb edir. Çünki teatrda hər nüans canlıdır. Aktyorla tamaşaçı arasında sədd, divar yoxdur. Onlar biri-biri ilə bilavasitə təmasda olurlar. Səhnədə olan aktyor birbaşa tamaşaçı ilə kontakta girir, ona şüuraltı təsir etmək imkanında olur, eynilə tamaşaçı reaksiyası da səhnədə olan aktrisanın ovqatına, psixoloji durumuna təsir etmək gücündə olur. Bəs belədirsə, nəyə görə son illər teatrlarda tamaşaçı qıtlığı hiss olunur? Səbəb nədir? Məsələ burasındadır ki, son dövrlər bu sualı cavablandırarkən, nədənsə sosial problemlərin mövcudluğunu daha çox qabartmağa çalışırlar. Sanki problem yalnız maddiyyatla, insanların maddi durumu ilə əlaqədardır. Əslində isə problem təkcə sosial-maddi durumla bağlı deyil. Təbii ki, teatrlara tamaşaçıların az getməsinin bir çox səbəbləri var. Burada həm tamaşaların zəif quruluşda təqdim olunması, zəif aktyor oyunu, maraqsız əsərlərin səhnəyə qoyulması və sair kimi problemləri sadalamaq mümkündür. Biz də bu sualların axtarışı ilə Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti, teatr səhnəsində kifayət qədər püxtələşmiş Bəsti Cəfərovaya üz tutduq. Onun teatrın mövcud problemləri ilə bağlı fikirləri bizlər üçün maraqlı idi. Təbii ki, eyni zamanda aktrisanın şəxsi problemlərinin olduğunu da unutmadıq. Nəzərə alsaq ki, teatr aləmində uzun illər çalışan aktrisanın bəzən incik düşdüyü, bəzən "represiya" qurbanına çevrildiyi dönəmlər də olub. Bütün bunlara baxmayaraq Bəsti Cəfərova tamaşaçı üçün həmişə maraqlı aktrisa olmağı bacarıb. Bunun bir çox səbəcləri var. Əvvəla ona görə ki, onda hər bir sənətçiyə lazım olan, ancaq hamıda olmayan xorizm, gözəl qamət, özünəməxsus cazibədarlıq və ən başlıcası isə peşəkarlıq var. Bir də Bəsti Cəfərovanın sənətindən, aktyorluq bacarığından danışırıqsa aktrisanın səsindən danışmasaq, günah etmiş olarıq. Çünki aktrisa səhnəyə çıxarkən səsindəki qəribə, özünəməxsus tembri ilə tamaşaçını özünə ram etməyi bacarır. Hətta onu görmədən belə sənətçinin danışıq manerası, səsindəki xüsusi cəzbedicilik onun obrazını yaratmağa kömək edir. Elə məhz bu cazibə bizi də Azərbaycan teat səhnəsində 10-larla biri birindən fərqli xarakterik obrazları ilə seçilən aktirasa ilə həmsöhbət etməyə məcbur etdi.
- Bəsti xanım, sizin Milli Dövlət Dram Teatrındakı son islahatlarala bağlı fikirlərinizi bilmək istərdik. Teatrın iki önəmli postunda ciddi kadr dəyişikliyi oldu - Teatrın direktoru Maqbet Bünyadov və baş rejissoru Mərahim Fərzəlibəyov vəzifələrindən uzaqlaşdırıldı. Bunu necə qarşıladınız? Gözləyirdinizmi?
- Düzünü deyim, bunu gözləmirdim. Ancaq mənə elə gəlir ki, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev düzgün qərar verib. Teatrı sevən bir insan kimi, bir sənətkar kimi nazirin bu qərarını hörmətlə qarşılayıram, sayğı duyuram. Bu günlərdə nazirimiz sənət adamlarını bir araya toplayıb iclas etdi. Teatrda reformların keçiriləcəyini bildirdi. Söz verdi ki, problemlər həllini tapacaq. Teatrın yeni rəhbəri İsrafil İsrafilovu hələ tələbəlik illərindən tanıyıram. Mən tələbə olanda o, Tədris Teatrının rəhbəri idi. Onun idarəçilik bacarığına əminəm. Mənə elə gəlir ki, bu, düzgün qərardır.
- Sizin teatrın sabiq baş rejissoru Mərahim Fərzəlibəyovla münasibətləriniz soyuq idi. Daha dəqiq desək, aranızda umu-küsülülük var idi. Onun baş rejissor vəziəfəsindən azad olunması sizin teatrdakı fəaliyyətinizə hansı təsiri göstərəcək?
- Mərahim Fərzəlibəyovla bağlı fikirlərimi həmişə açıq bildirmişəm. Mənə elə gəlir ki, istedadlı rejissor üçün fərqi yoxdur, baş rejissor oldu, ya sıravi rejissor. Əsas odur ki, səhnəyə qoyduğu tamaşalar uğurlu olsun. Mənim onunla umu-küsülülüyüm olsa da, ona yalnız yaradıcılıq uğurları arzulayıram. Mənə elə gəlir ki, Mərahim Fərzəlibəyov baş rejissor olanda onun əlini-ayağını bağlayan çox şeylər vardı. Bu gün isə sıravi rejissor kimi daha azaddır və teatr üçün daha böyük işlər görə bilər. Onunla heç vaxt barışmayacağam. Amma onun sənətinə həmişə hörmət etmişəm. Teatrda aparılan islahatlar mənə elə gəlir ki, teatrın inkişafına müsbət təsir göstərəcək. Qaldı problemlərin həllinə, bunlar problemin həlli üçün atılan addımdır. Mən aktrisayam və bir aktrisa kimi çox iddialıyam. Potensialıma inanıb, böyük rollar gözləyirəm. İstəyirəm ki, aktrisa kimi məni işlətsinlər. Ona görə də bu gün yaradıcılığımda daha böyük uğurlara imza atacağıma əminəm. Nazirlik bizim üçün gözəl bir bina hazırladı. Teatrın binası bərpa olundu və bu gün orda işləmək daha asan olacaq. Akademik Dram Teatrı mənə elə gəlir ki, əvvəlki nüfuzunu geri qaytaracaq.
- Bəsti xanım, nəyə görə tamaşaçılar teatrlara getmirlər? Bəziləri bunu maddi problemlərlə əlaqələndirirlər. Bununla razısınızmı? Axı teatr biletləri o qədər də bahalı deyil...
- Məlumdur ki, Akademik Dram Teatrı hazırda təmirdədir. Hazırda biz ayrı ayrı teatrlarda səhnəyə çıxırıq. Bizdə inanın sox tamaşalar olup ki, zal dolu olur. Yaxşı tamaşaya, yaxşı aktyora baxmağa həmişə tamaşaçı gəlir. Hər halda mən Natavan, Afət rollarını oynayanda heç vaxt tamaşaçı qıtlığı hiss etməmişəm. Tamaşadan sonra yanımı gələnlər olur. Səmimiyyətimə inanın, bölgələrdən məni izləməyə gələn tamaşaçılarım olur. Əli çatan da, çatmayan da deyir ki, teatra gedən yoxdu. Yaxşı aktyorun tamaşasına gəlirlər.
"Elçin Əfəndiyev, Ziyafət Əsgərov, Polad Bülbüloğlu... "
- Yəni, həqiqətənmi aktyorun peşəkarlığı tamaşaçının teatra gəlməsində böyük rol oynaya bilir? Deməli, problemi həm də aktyorların professional olub-olmamasında axtarmaq lazımdı...
- Təbii. Zəif tamaşalarda həqiqətən tamaşaçı qıtlığı hiss olunur. "Dəlilər, ağıllılar" tamaşası 17 ildir teatrın repertuarındadı. Mən başqa tamaşalarımızın da adını çəkə bilərəm.
- Ziyalılarımız, millət vəkillərimizi, müğənnilərimizi də nədənsə teatlarda görmək olmur. Buna səbəb nədir? Nəyə görə mədəniyyət ocaqlarına üz tutan azdı?
- Başqaları haqqında danışa bilmərəm, ancaq mənim oynadığım tamaşalarda millət vəkillərimiz də olub, nazirlikdən də gələnlər olub, ziyalılarımız da. Millət vəkilimiz Ziyafət Əsgərov mənim oynadığım tamaşalara bəlkə 20-30 dəfə gəlib. Sabiq baş rejissorumuz Mərahim Fərzəlibəyovun dostudur, teatrın repertuarını izləyir. Teatrla maraqlanan ziyalılarımız var. Elçin Əfəndiyev tez tez gəlir, təkcə öz tamaşalarına yox, başqa tamaşaları da izləyir. Mənim özümə xoş gələn tamaşalarım olanda özüm də dəvət edirəm.
- Kimləri dəvət edirsiz?
- Misal üçün Fatma xanım Abdullazadəni dəvət etmişəm. Ailəsi ilə sona qədər tamaşanı izlədi. O vaxtlar Polad Bülbüloğlu mənim tamaşalarıma gəlirdi.
- Bəsti xanım, heç problemlərdən danışmırsız. Teatrda mövcud olan problemləri hər hala sizdən yaxşı bilən olmaz.
- Təbii ki, mən də problemlərimizi bilirəm. Ancaq bu problemlər daha çox rəhbərliyə aiddir. Amma belə ümumi danışası olsam, əlbəttə teatrda repertuar siyasəti olmalıdı. Yaxşı əsərlər səhnəyə qoyulmalıdı. Rollar düzgün ünvana çatmalıdı. Yaxşı pyesi gərək yaxşı aktyor oynasın. Düz deyilmi? Misal üçün qüvvətli aktyor, qüvvətli bir əsərdə özünün imkanlarını daha yaxşı göstərə bilər. Ancaq o material zəif bir aktyorun əlinə düşəndə, effekti olmur. Bizim repertuarımızda olan bir çox klassik tamaşalar, o tamaşada olan obrazlar düzgün ünvana çatmayanda yaxşı nəticə vermir.
- Teatr sahəsindən danışanda rejissor aktyor qruplaşmasının varlığını da dilə gətirmək lazımdı. Problem həm də bunda deyil ki?
- Hər bir rejissor öz həmfikrlərini tapır, onlarla çalışmağa çalışır. Mən buna pis baxmıram.
- Bunun adını həmfikir, ya qruplaşma qoysaq daha düzgün olar?
- Gəlin, elə həmfikir deyək. Rejissor üçün öz dostu ilə işləmək asan olur. Onunla işləmək o rejissor üçün yəqin xoşdu da.
"Bəsti Cəfərova üçün yaxşı ki, Nazirlik var"
- Gəlin razılaşaq ki, burda şəxsi münasibətlər, simpatiyalar özünü göstərir. Belə deyək, bəzən məhz şəxsi münasibətlər var deyə, yaxşı xarakterik obrazlar qeyri-peşəkarlara həvalə olunur, peşəkarlar kölgədə qalır...
- Hərdən o da olur. Razıyam. Mən onu da deyim ki, peşəkarları kölgədə qoymaq mümkün deyil. İki il ərzində mən yeni tamaşa oynamamışam. Mənə qarşı maraq azala bilərdi, çünki gündəmdə deyiləm. Mənə elə gəlir ki, yaxşı aktyor zirvədə dura bilir. Bir tamaşa zəif aktyora qurban getdi, ikincisi, axır üçüncüsü güclü aktyorun payına düşür. Düzdür, mən də təəssüf hissi keçirirəm. Hərdən elə klassik əsərlər, elə obrazlar elə qeyri-peşəkar aktyorlara verilir ki, təəssüflənirsən. Siz deyirsiz ki, aktyorlar mübarizəyə qalxsınlar. Hər şey bizim əlimizdə deyil axı. Elə olsaydı nə var idi ki? Biz, sadəcə aktyoruq.
- Axı illər gedir, aktyorların yaş dövrlərinə uyğun rollar olur ki, müəyyən dövrdən sonra o rolları oynamaq mümkün deyil. Əgər aktyora imkan lazım olan dövrdə verilməsə, potensialını necə göstərə bilər?
- Mən bununla razılaşıram. Şəxsən mən - Bəsti Cəfərova üçün nə yaxşı ki, Nazirlik var. Nazirlik görəndə ki, işsiz, rolsuz qalmışam, mənə tamaşa sifariş edirlər. Elə əsərlər də olur ki, o rola uyğun olmayan aktyora verilir. Nəticəsi də göz qabağında olur. Əgər rejissor rejissordusa çalışmalıdı ki, səhnəyə qoyduğu rolu güclü aktor heyəti oynasın. Bir də tərəf müqabili məsələsi var. Mən görəndə ki, tərəf müqabilim zəifdi, tələb edirəm ki, mənə güclü partnyor ver.
"Şəxsi münasibətlər rejissora düzgün rol bölməyə imkan vermir"
- Aktyor üçün tərəf müqabili nə deməkdi?
- Səhnədə tərəf müqabilləri və rejissor biri birinə bağı olan insanlardı. Əgər tərəf müqabilin zəifdisə, tamaşa uğurlu alına bilməz. Mənim tamaşalarımda yaxşı heyət yığılır. Misal üçün Nurəddin Mehdixanlı ilə uğurlu tamaşalarımız yetərincədir. Ancaq siz dediyiniz yaxşı rollar ki, kimlərəsə verilir, onlar yaxşı heyət də yığa bilmirlər. Çünki Nurəddin kimi güclü aktyor qarşısında zəif aktyor görəndə, onu yeyib oturar. Əgər mən varamsa, Nurəddin də olur, ya da aktyor məktəbi keçmiş başqa bir güclü aktyora rol verilir. Rejissorlar yaxşı bilirlər hansı aktyorun gücü nə qədərdir. Necə olur ki, siz jurnalistlər kənardan müşahidə edib, güclü, zəif aktyoru görürsüz, deyirsiz ki, filankəsə niyə o rol həvalə olunub, ancaq rejissor görmür, bilmir? Siz jurnalistlər rol bölə bilirsiz, professional rejissorlar düzgün rol bölə bilmir? Bilirlər, bayaq dediyiniz şəxsi münasibətlər buna imkan vermir. Professional rejissor daha yaxşı bilir ki, bu rolu peşəkara versə nəticəsi necə olar, zəif aktyordan nə gözləyə bilər.
- Sizi küsdürən rejissorlar olub? Axı deyirlər, sizi çox küsdürüblər...
- Hə, düz hiss etmisiz. Məni elə hamı küsdürüb. Hamıdan niyə küsmüşəm? Çünki mənim iddiam böyükdü. Mən heç vaxt "dayan-dur" mövqeyində olan insan deyiləm. Mən dayanım gözləyim, qatarım nə vaxt keçəcək? Mən bilirəm ki, 5 il əvvəl oynaya biləcəyim rolu 5 il sonra oynaya bilmirəm. Mən, Bəsti Cəfərova olaraq zəif akirisa deyiləm. Bilirəm ki, bu rolu oynaya bilərəm. Diqqət rejiisorlar tərəfindən olmalıdı, amma yoxdu. Mənə Nazirlik tərəfindən diqqət var. Rejissorlardan incikliyim ondadır ki, mən indi oynamaq istəyirəm. 70 yaşını gözləmək istəmirəm ki, məni kalyaska ilə səhnəyə çıxarsınlar. Mənim iddiam böyükdü. Bəli, çox böyükdü. Çünki mənim dilim olduğu kimi dilçəyim də var. Mən istəyirəm ki, bu yaş həddində bu günümə uyğun obrazlarla tamaşaçı qarşısına çıxım. Mən teatra gələndə birinci onillikdə "N" qədər maraqlı rollar oynamışam. 28 yaşında əməkdar artist adına layiq görülmüşəm, 38 yaşında da xalq artisti olmuşam. Hərdən rejissorlar deyirlər ki, sənin sitəm etməyə haqqın yoxdu, gör necə rollar oynamısan?
"... adam tapmışam və onun əleyhinə qəzetdə nəsə yazdırmışam"
- Axı bu gün də tamaşaçının Bəsti Cəfərovadan gözlədiyi rollar var. Bir də teatrda bəzən elə rollar olur ki, orda sizi görənlər var...
- Təşəkkür edirəm. Mətbuatdan da gələnlər, adi tamaşaçılar da deyirlər ki, Bəsti xanım, sizi filan rolda görmək istəyirik. Mən də istəyirəm. Mənə rəssamlar, adi tamaşaçılar da deyir ki, niyə filan rolu sənə verməyiblər? Mən dava edə bilmərəm ki, bu rolu mənə verin. Rejissor deyər ki, o aktyoru bu rolda görürəm, ona da vermişəm. Vəssalam, bundan artıq nə deyər? Bir tamaşa olmuşdu, aktrisanı tənqid etmişdilər. Hətta o rolun zəif ifaçısına elə gəlmişdi ki, mən adam tapmışam və onun əleyhinə qəzetdə nəsə yazdırmışam. Jurnalistləri özümə dost bilirəm, çünki onlar məni sevirlər. Son vaxtlar mətbuat xüsusilə mənə diqqqətini əsirgəmir. Moşu demişkən, nə olub, bu gün elə hamı məni öpür?
- Hesab etmirsiz ki, tamaşaçı o mənəvi aclığı hiss edir, mətbuat da dilə gətirir?
- Mən də hiss edirəm. Görürəm ki, məni səhnədə istəyənlər çoxdu. Mən adi həyat tərzi keçirirəm. Ulduz həyatı yaşamıram. İnsanların içindəyəm, bazara gedirəm.
- Ancaq teatrda elə aktrisalar var ki, onlar nəinki ulduz həyatı, hətta şah qızı kimi yaşayırlar...
- Mən bu barədə danışmaq istəmirəm. O sualın cavabını ki, siz bilirsiz, onu mənə ünvanlamayın. Siz də onların kim olduğunu bilirsiz. Mən normal proseslə sənətə gələn aktrisayam. Əsl aktrisa! Mənim nə ticari əlaqələrim var, nə mebel alıb-satmıram, nə də evimdə idman salonum var. Mənim ancaq sənətim var. Mən "Azdrama"da çalışıram, İncəsənət Universitetində pedoqoq kimi fəaliyyət göstərirəm. Bir də mükafat alıram. Məndən gözləməyən ki, mən idman zalı açım, hovuzum olsun və s. Bunlar mənlik deyil.
"Bacarana baş qurban, mən bunu bacarmadım..."
- Sizcə, bir aktrisanın məvacibi yetərmi özünə belə lyüks, komfortlu həyat yarada bilsin? Siz, sizin aktyorlar nə qədər qazana bilirsiz ki?
- Mən yalnız onu deyə bilərəm ki, mən o lyüks, komfortlu həyatı yarada bilmədim. Mən onu bacarmadım. Bacarana da baş qurban. Hər nə yolla edirsə, edə bilir. Mənim kimliyim göz qabağındadı. Görünən dağa bələdçi lazım deyil. Mən Sovet dönəmindən aktrisayam. O gün İlhamə xanım Quliyeva deyir ki, mən 1000 manata yaşaya bilmirəm. O, min manat alırsa, mən mükafat alıram, iş yerindən məvacib alıram.
- Teatrda Prezident təqaüdü alan bir çox aktrisalarımız bu il həmin təqaüdə layiq görülmədilər. Siz necə, Prezident təqaüdünü bu gün də alanlar siyahısındasız?
- Bəli. Sağ olsun dövlət başçımız ki, mənim sənətimə diqqət yetirir. Mən bu il də təqaüdə layiq görülən sənətçilərin sırasındayam.
- Ümumilikdə aylığınız nə qədər olur?
- Ümumilikdə 1000 manata gəlib çıxır. Hər halda o pula mən uşağımı da saxlayıram, özümü də. Nəyəsə çatır, nəyəsə çatmır. Mən bunu əlimdə bayraq etmirəm, sitəm etmirəm. Biz aktyorlar toya getmirik ki, əlavə gəlirimiz olsun. Heç kimi də qınamıram, bacarırlar, yaxşı edirlər. Kim yaşamağı bacarırsa, alqışlayıram. Mənim bacarıdığım aktrisalıqdı. Əlimdə sehrli çubuğum yoxdu ki, ikiotaqlı evimi birdən-birə saraya döndərim. Prezident mənə ev verib, sadəcə bu gün onu təmir etməyə maddi imkanım yoxdu. Çünki qızımı müəllim yanına göndərirəm, ehtiyaclarımız var.
- Qızınızı sənət aləminə qoyarsız?
- Yox. Məni düzgün başa düşün. Sənətimi sevirəm. Necə ki, 19 yaşımda teatra gələndə o həvəs var idi, indi də eynidir. Teatrda bu qədər haqsızlıqlar da gördüm, ancaq sənətimi sevirəm. Mən dövlət qayğısını həmişə görmüşəm. Ancaq teatrdan incik düşdüyüm vaxtlar olub. Rejissorlardan ona görə inciyirəm ki, mənim kimi aktrisanı boş buraxmasınlar. Mən səhnədə oynamaq istəyirəm, başqa heç bir iddiam yoxdu. Biz uşaq kimi rol üstündə dava edirik. Mən bugünkü rejissorları da qınamıram. Çox istəyirəm ki, onların potensialı sırf sənətə xidmət etsin. Mən Həsənağa Turabovun dövründə repressiya qurbanı oldum, mənə rol verilmirdi. Buna baxmayaraq mən sənətimi, teatrı, səhnəni sevmişəm. Səhnədən isə məni heç kim incik sala bilməz.
Tahirə Məmmədqızı
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Zəfər Gününə həsr olunmuş “Zəfərimizin sədası” adlı sosial-mədəni tədbir keçirilib - (Foto)
-
Tanınmış rəqqasə Təranə Muradovanın nəvəsinin Azerbaijan Dance Festival-da parlaq debütü - (Video/Foto)
-
8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edildi - (Foto)
-
Fırçadan rəqəmsal dünyaya: TikTok-da sənəti ilə fərqlənən azərbaycanlı rəssamlar
-
Fidan Hacıyeva Parisdə Azərbaycanın Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert haqqında danışıb - (Foto)
-
“Bakıda olduğum üçün çox xoşbəxtəm”: Devid Qarrettin virtuoz skripkası, rok hitləri və simfonik enerjisi
XƏBƏR LENTİ
-
Bu bürclərin qayınanaları ilə yola getmək çox çətindir
-
Payızda yatmazdan əvvəl bunları edin – Səhərə gümrah oyanmağın yolları
-
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
-
Nə sirkə, nə də soda: Pestit qalıqlarını dərhal yox edir
-
Ferrari ilk elektrikli avtomobilində bunlara üstünlük verib - (Foto)
-
Nə qara, nə də yaşıl: Ən sağlam zeytun növü açıqlandı
-
Dünyanın ən güclü adamı niyə gəzə bilmir? - (Foto)
-
Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
-
Ermənistan əhalisinin 30%-i prezidenti tanımır
-
Günün qoroskopu: Xərclərinizdə ölçülü olmağınız məsləhətdir
-
Gürcüstanda azərbaycanlı iki qardaş qətlə yetirilib - təfərrüat - (Video)
-
Vernidub qələbələrin sirrini açıqladı
-
Toral Bayramov Türkiyədə avtoqol vurdu - (Video)
-
Yeraltı dayanacaqdan çıxarkən qadını vurub öldürdü - Yüksək vəzifədə çalışıb - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - (Video)
-
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
-
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
-
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
-
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - Yenilənib - (Video)
-
Prezident İlham Əliyev Cahangirbəyli və Soltanlı kəndlərinə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib - (Foto)
-
Dövlət qərarlarının ikinci imzası: ictimai etimad