Mədəniyyət

35 ildən sonra əfsanəvi “Bakı Payızı” musiqi müsabiqə qayıdır - VİDEO

16 Mart 2023 17:11
Baxış: 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı tarixən bir çox yerli və beynəlxalq musiqi festivalları və müsabiqələri keçirməklə uğur qazanmışdır. Həmin musiqi tədbirlərin sırasında 1988-ci ildə rejissor, əfsanəvi "Karvan" qrupunun yaradıcısı Sevinc Kərimovanın müəllifi olduğu "Bakı Payızı" İstedadlar Müsabiqəsi xüsusi yer tutur. Azərbaycanın görkəmli müğənniləri Alim Qasımov, Aygün Kazımova, Faiq Agayev, Zülfiyyə Xanbabayeva, Arzu Rzayev, Almaz Ələsgərova, Abbas Əhməd, Samir Bagırov, İlqar Xəyal və digərləri məhz "Bakı Payızı" istedadlar müsabiqəsinin yetirmələridir.

Əfsanəvi "Bakı Payızı" müsabigənin populyarlığını nəzərə alaraq, Golden Arts Entertainment, Best Cast Talent Agency, Azərbaycan televiziyasinın "Mədəniyyət" kanalinın, Azarbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin, dəstəyi ilə bes nominasiyada "Bakı Payızı-2023" Azərbaycan istedadlar Müsabiqəsi keçirilir. Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilir.

Layihənin əsas məqsədlərindən biri dünya azərbaycanlılarını birləşdirmək və Azərbaycan mədəniyyətini sosial platformada təbliğ etməkdir. Həmçinin layihəyə xarıcdə yaşayan soydaşlarımız da qoşulacaq.

Layihənin özəlliyi ondan ibarətdir ki, bu təkcə vokal deyil, beş janrı əks etdirən böyük bir yarişma olacaqdır "Bakı Payızı" Musiqi müsabiqəsinin keçirilməsi mədəniyyətin inkişafı, yeni istedadların aşkar edilməsi, gənclərin zövqlərinin formalaşmasına xidmət edərək turizmin inkişafına da təkan verəcək.

Yarışqabağı hazırlıqlar realiti şou kimi yayımlanacaq, turların xronikası yarışın gündəlikləri kimi Mədəniyyət TV tərəfindən işıqlandırılacaq. Müsabiqə iştirakçıları, tamaşaçılara peşəkar ifaçılara çevrilmələrinin tam mənzərəsini təqdim edə biləcəklər.

Müsabiqənin nəticələrinə əsasən, müsabiqənin qalibləri I, II və III yerlərlə mükafatlandırılırlar, diplom və pul mükafatları ilə təltif olunurlar. Sponsorlar tərəfindən xüsusi mükafatlar da ayrilacaq.

BAKI PAYIZI 2023

Müsabiqədə iştirak etmək istəyənlər üçün məlumat.

İlkin şərtlər:

Müsabiqədə 16 yaşdan 35 yaşa qədər Azərbaycan vətəndaşları və rezidentləri, habelə digər ölkələrdə yaşayan azərbaycanlılar iştirak edə bilərlər.

"Vokal" nominasiyasında iştirak etmək üçün estrada janrında iki müxtəlif mahnı təqdim edilməlidir. Azərbaycan bəstəkar mahnısı və xarici bəstəkar mahnısı olmalıdır.

"Qruplar" nominasiyası, - iki dildə iki mahnı təqdim edirlər (biri Azərbaycan bəstəkarının yazdığı Azərbaycan dilində, digəri isə xarici dildə və ya öz bəstələrindən ibarət olan kompozisiya)

"Orijinal janr" üçün hər hansısa bir özəl orijinal performans təqdim edilə bilər: fəndlər, akrobatika, aerogimnastlar, iplə gəzinti, pantomima və s.

"Müasir xoreoqrafiya" nominasiyasında iştirak etmək üçün müasir estrada rəqsi təqdim edilməlidir. Rəqs çıxışlarında iştirakçı sayı məhdud deyil.

"Bəstəkar" nominasiyası. Bəstəkarlar öz mahnılarını (əvvəllər oxunmamış, aranjimansız) hər hansısa ifada demo kimi təqdim edirlər. Mahnının sözləri ayrıca yazılmalıdır.

Qaliblər üçün mükafat müəlliflər (bəstəkar və şair) arasında bölünəcək.

Ən yaxşı bəstələr müsabiqənin qalibləri tərəfindən yekun Qala konsertində səsləndiriləcək.

Bəstəkarların müsabiqədə iştirak üçün yaş məhdudiyyəti yoxdur.

Video materiallarla yanaşı, müsabiqənin təşkilat komitəsinə iştirakçının adı, soyadı, yaşı, ifa etdiyi janr, əlaqə telefonu, elektron poçt ünvanı, fotoşəkili göstərilməklə ərizə təqdim etmək lazımdır.

www.bestcast.az

Email: [email protected]

WhatsApp: +994503103130

İlkin seçim üçün iştirakçıların bütün video materialları 1 aprel 2023-cü il tarixinədək yuxarıda göstərilən telefonlara göndərilməlidir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.