"Nine Senses" incəsənət mərkəzi fəaliyyətə başladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hər birimizin daxilində əsasən ușaqlıq yașlarımızda, inkișaf dövrümüzdə özünü göstərməyə bașlayan yaradıcılıq qığılcımı, kreativ potensial yașayır.
Amma yașa dolduqca da ilham alaraq yaratmağa, incəsənətə və özünüifadəyə yer ayırmağa dəyər və artıq Bakıda bunun üçün xüsusi məkan var.
"Nine Senses" yaradıcılıq və özünüinkișaf üçün nəzərdə tutulmuș yeni sənət mərkəzidir. Sənət mərkəzinin məqsədi müxtəlif yașlarda və fərqli peșələrə sahib incəsənət həvəskarları üçün rahat və harmoniya ilə iç-içə olan məkanın yaradılmasıdır. "İçindəki sənətkarı oyat" sloqanı əslində sənət mərkəzinin ab-havasının əks etdirir, çünki burada öz hisslərini üzə çıxara, daxilindəki ușağa sərbəstlik verə, özünü ifadə edə bilərsən.
Sənət mərkəzinin proqramına müxtəlif tədris kursları, əyləncəli tədbirlər, özünüifadə və özünüinkișaf fəaliyyətləri daxildir: təsviri incəsənət, meditasiya, neyroqrafika, animasiya, vokal və natiqlik sənəti, kino və musiqi. Sənət mərkəzinin fəaliyyəti çərçivəsində müntəzəm sərgilər və teatr proqramları, yerli və əcnəbi rəssamlar ilə art rezidensiyalar, ușaqlar üçün yay yaradıcılıq düșərgəsinin təșkili nəzərdə tutulub.
Burada sizi ən yaxșı müəllim, rəssam, mütəxəssis və mənəvi mentorlar ibarət heyət gözləyir. Onların arasında bəstəkar Azad Vəliyev, rəssam Ramina Səadətxan, heykəltaraș Rəșad Ələkbərov, multimedia rəssamı Leyla Qabulova, teatr və kino rejissoru Emin Mirabdullayev, pantomima aktyoru və rejissoru Elman Rəfiyev, arxitektor Elçin Əliyev, ölkəmizin ilk 3D cizgi filminin hazırlanmasının iștirakçısı olan Rəșad Əfəndiyev, səs terapiyası və vokal yoqa mütəxəssisi İlhamə Babayeva, "DanceAbility Azərbaycan" İnklüziv Performans Șirkətinin təsisçisi Nigar Sultanova da var.
Sənət mərkəzinin yerləșdiyi binanın görkəmi də xüsusi maraq cəlb edən məqamlardandır. Binanın layihəsi spiral formada hazırlanıb, bu isə hamarlıq və açıqlığa bir ișarədir. Məkanın mərkəzində davamlı olaraq günəș ișığını qəbul edən atrium yerləșir, binanın daxilində isə düzbucağa rast gəlinmir.
"Nine Senses" paytaxt mərkəzindən 30 dəqiqəlik məsafədə, Xəzər dənizinin sahilində, "Sea Breeze" ərazisində yerləșən "LANDAU School" korpusunun yaxınlığında yerləșir. Məkan rahat sinif otaqları, ekspozisiya sahələri, nümayiș və çıxıș meydançaları ilə təchiz edilmișdir. "Vida" vegetarian restoranında isə görüșlər təyin edə, dəniz mənzərəsinin müșayiəti ilə nahar edə, məșğələlərə fasilə edib qəlyanaltı edə bilərsiniz.
Ünvan: Bakı şəhəri, Nardaran qəsəbəsi, dalan 31, Sea Breeze kompleksi, "LANDAU School"un yaxınlığı.
Telefon: (055) 255 54 12
Instagram: 9senses_azerbaijan
Facebook: 9senses
www.ninesenses.az
Nine Senses
https://www.youtube.com/watch?v=7FIqXjq9p7w&t=11s
Opening Ceremony
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İçərişəhərdə El Calor en Baku Beynəlxalq Tanqo Festivalı və Argentina Mədəniyyəti Həftəsinin möhtəşəm açılışı keçirilib - FOTO
-
İçərişəhərdə Argentina Bayrağı Gününə həsr olunmuş El Calor en Baku – Azerbaijan Tango Festivalının təntənəli açılışı keçiriləcək
-
Habil Qasımov vəfat etdi - FOTO
-
İsrailə köçən Tofiq Mirzəyev xəstəxanaya yerləşdirildi - Son vəziyyət
-
“El Calor en Baku – Azerbaijan Tango Festival” Beynəlxalq Tanqo və Mədəniyyət Festivalının proqramı təqdim olunub
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Hacı Qara” tamaşasının premyerası keçiriləcək
XƏBƏR LENTİ
-
Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur
-
Zolaqlı geyimləri kombinləməyin 4 yolu
-
İngilis çay saati klassiki: Scone resepti
-
Bakıda yağışdan sonra yaranan gölməçə probleminə çarə - (Video)
-
Ən yaxşı yemişi seçməyin yolları - Sadəcə qoxulamaq kifayət deyil
-
Üstündən avtobus keçən qadının nəvəsi baş verənləri danışdı - (Video)
-
Bakıda sürücü motosikletçini vuraraq qaçdı (Video)
-
"Al Hadath": İran ABŞ ilə danışıqları vasitəçilərlə davam etdirir
-
Günün qoroskopu: Romantik münasibətlərdə xoş sürprizlər ola bilər
-
Messi yenidən "Barselona" forması geyinəcək
-
Osimhen üçün 150 milyonluq tələb: "Manchester United" hərəkətə keçdi
-
Hüseyn Məhəmmədoğlu:“Get dişini düzəlt, pulun yoxdur?”
-
Azərbaycan boksçuları 12 medal qazanıb (Foto)
-
Yasamalda yaşayış kompleksində mənzil yanıb - (Video)
-
“Goal” tarixin ən yaxşılarını seçdi
-
Bakıətrafı qəsəbələrdə qiymət 15% qalxacaq - (Video)
-
"Al Mayadeen": Tramp üzr istəməyənə qədər İran danışıqlara davam etməyəcək
-
Anomal istilərə görə Fransada 845 məktəb bağlanacaq
-
Yamal Messini keçdi
-
Moskvada binada güclü yanğın - 60 nəfər təxliyə edilib
-
DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını darmadağın edib
-
Yup-yumşaq, tək-tək pizza resepti
-
Xəyalənin 14 yaşlı qızı - (Foto)
-
ABŞ-də təyyarə qəzası - ölənlər var





