Mədəniyyət

“Orqan musiqisi axşamı” adlı konsert keçiriləcək

24 Yanvar 2023 17:19
Baxış: 622
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yanvarın 27-də  Kamera və Orqan Musiqisi zalının səhnəsində Əməkdar incəsənət xadimi, professor Tahirə Yaqubovaya həsr olunmuş  "Orqan musiqisi axşamı" adlı konsert keçiriləcək.

Musiqili gecədə dirijor Üzeyir Məmmədovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera orkestri çıxış edəcək.

Konsertdə solistlər respublika və beynəlxalq müsabiqələr laureatları Şəfəq Abdullayeva (orqan) və Natəvan Quliyeva (orqan) ifalarını dinləyicilərə təqdim edəcəklər.

Proqramda Azərbaycan və Qərbi-Avropa bəstəkarlarının əsərləri səslənəcək.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.