Mədəniyyət

Xalq şairi tələbələrlə görüşdü

12 May 2010 16:34
Baxış: 277
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az-ın verdiyi xəbərə görə, əvvəlcə Sabir Rüstəmxanlının həyat və yaradıcılığını əks etdirən slayd nümayiş etdirildi. Universitetin rektoru, millət vəkili Səməd Seyidov xalq şairinin  Dillər Universitetinə ilk dəfə gəlməsindən məmnunluğunu ifadə etdi və Sabir Rüstəmxanlı kimi dəyərli şairin, işıqlı ziyalının universitet tələbələri ilə, gənclərlə görüşünə hər zaman ehtiyac olduğunu vurğuladı.

Öz növbəsində şair-publisist Sabir Rüstəmxanlı ADU-da olmağından məmnunluğunu ifadə etdi.

Milyonlarla insanın olduğu meydanlarda çıxış etdikdən sonra universitetlərdə, gənclər arasında çıxış etməyin çətinliyini qeyd etdi. Ədəbi proseslər, siyasi və ictimai həyatda baş verən hadisələr, insanlarda milli ruhun formalaşmasının vacibliyindən və digər məsələlərdən danışan natiq gənclərə hər zaman mütaliə etməyin vacibliyini qeyd etdi.

Görüşdə tələbələr şairin şeirlərini səsləndirdilər, ona ictimai-siyasi, yaradıcılıq, ədəbi proseslər və digər məsələlərlə bağlı suallar ünvanladılar. S. Rüstəmxanlı tələbələrin çoxsaylı suallarını cavablandırdıqdan sonra şeirlərinin bir neçəsini söylədi. Sonda S. Rüstəmxanlı kitablarını universitetin kitabxanasına və tələbələrə hədiyyə etdi, gənclərə avtoqraf verdi. 

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.