31 oktyabr saat 20:00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında, Azərbaycanın və Türkiyənin tanınmış, çox dəyərli sənətçilərinin Şuşa ilinə və 29 Ekim Cumhuriyet bayramına həsr olunmuş "Qardaşlıq salnaməsi" adlı konserti keçiriləcək.
Konserti Respublikanın əməkdar artisti, tarzən Əliağa Sədiyevin bədii rəhbərliyi ilə "Xarıbülbül" muğam qrupu idarə edəcək.
Konsertdə Nəzakət Teymurova-xalq artisti, Teyyub Aslanov-xalq artisti, Fehruz Səxavət-əməkdar artist, Ehtiram Hüseynov-əməkdar artist, Dünya Tekin-TRT sənətçisi, Özlem Üngör-TRT sənətçisi, Zafer Albayrak-TRT sənətçisi, İlker Gökkaya-TRT sənətçisi, Mustafa Gökay Ferah-T.C.Kültür ve Turizm Bakanlığı sənətçisi sizlərə iki qardaş ölkənin gözəl musiqilərindən ibarət unudulmaz bir gecə bəxş edəcəklər.
Konsertə biletləri şəhərimizin bütün kassalarından və onlayn https://iticket.az/events/concerts/susa-ili-
cercivesinde-qardasliq-salnamesi-adli-konsert-ne/75760 əldə etmək mümkündür.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az