Mədəniyyət

Alim Qasımov: ""Xalxın qızı"nı götürüb qaçdım"

9 Sentyabr 2022 22:35
Baxış: 1 301
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Efirlərə çıxanda deyirəm ki, mən ağsaqqalam, geyinirəm, səsimi qoruyuram, benzin vururam, musiqiçilər əziyyət çəkir, geyim alır. Bunun əvəzində qonorar vermək lazımdır".

Milli.Az bildirir ki, bunu Baku TV-də yayımlanan "O kimdir?" verilişinin budəfəki buraxılışının qonağı Xalq artisti Alim Qasmov deyib.

O, əksər verilişlərə qonorarsız çıxmadığını qeyd edib.

Xalq artisti həyat yoldaşı ilə evlilik hekayəsindən də bəhs edib:

"Həyat yoldaşımla 8-ci sinfə qədər birlikdə oxumuşuq. O, savadlı idi, 4-5 alırdı, mən isə 2-3. Ona görə mənə yuxarıdan aşağı baxırdı. Düşündüm ki, necə ola bilər, məni bəyənmir. Sonra "xalxın qızı"nı götürüb qaçdım".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.