Sonaxanım ölən anası haqda: "Polisə şikayətlər yazırdı ki, güya onu ölümlə hədələyirəm" - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Oktyabrda yatıb yuxu gördüm ki, anam sarı rəngdədir. Mən yüksəkdəyəm, o isə aşağıda durub, əllərini mənə sarı uzadıb. Sanki mənə yardım etmək istəyir. Həmin gün vəkilimə zəng etdim və çox ağladım. Gördüyüm yuxunu ona danışdım. Vəkil dedi ki, anana zəng et və necə olduğunu soruş. Cavab olaraq söylədim ki, qorxuram. Dedi ki, qorxma, sənin yanındayam".
Milli.Az bizim.media-ya istinadən bildriir ki, bu sözləri aktrisa Sonaxanım Əliyeva qonaq olduğu "O üz" verilişində deyib.
Bu ilin yanvar ayında anası Mina xanımı itirən aktrisa ölümündən əvvəl onunla telefonda söhbətinin pərdəarxası məqamlarından söz açıb. Sonaxanım bildirib ki, anası qızı tərəfindən ölümlə hədələndiyi üçün polislərə şikayətlər edib.
"Polislərdə mənə qarşı anam tərəfindən şikayətlər vardı. Sanki ona hədə-qorxu gəlirəm, ölümlə hədələyirəm. Bu səbəbdən ona zəng eləməyə qorxurdum. Artıq polis idarələrinə gedib, izahat yazmağa öyrəncəli idim. İstəmirdim ki, anama zəng edim, sonra da polislərə düşüm. Vəkilimin təkidi ilə anama zəng etdim. Telefonu özü qaldırdı.
Onunla danışıb dedim ki, səni yuxuda pis görmüşəm, çox narahatam, bəlkə mənə ehtiyacın var. Söylədi ki, hər şey yaxşıdır, mənə yaxşı baxırlar: "Nə zaman yuxunda məni pis görsən, bil ki, hər şey yaxşıdır. Sən qızınla mənim ölməyimi istəyirsən. Narahat olma, mən ölmərəm".
Anama söylədim ki, sənin ölməyini istəsəydim, başına qan sızanda yaxın durmazdım və səni müalicə etməzdim. Gördüm ki, əsəbləşməyə başlayır, dedim ki, necə istəyirsən, elə də olsun. Təki sən əsəbləşmə. Telefonda sonuncu sözü isə "Məni düşünməyə bilərsən" oldu".
Qeyd edək ki, Sonaxanım Əliyeva bir müddət əvvəl anasının ondan imtina etdiyini söyləmişdi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
Azərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb - (Foto)
-
“Qodo həsrətində” adlı tamaşanın məşqləri davam edir - (Foto)
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
-
Komaya düşən əməkdar artistin son vəziyyəti açıqlandı
XƏBƏR LENTİ
-
Paşinyan mükafat almaq üçün Almaniyaya gedir
-
Sentyabrın 17-də hava belə olacaq - Proqnoz
-
Veteranlara şad xəbər - 400 manat...
-
Hakimlər Komitəsinin sədrindən etiraf: Penalti səhv imiş
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Foto)
-
Türkiyədə dönər və qiymə ilə bağlı yeni qaydalar qüvvəyə mindi
-
General-mayor Anton Qrunis öldü
-
Mbappe PSJ-yə pul ödəməli olacaq
-
Qara Qarayev tıxacda qalan uşaqla selfi çəkdi - (Video)
-
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
-
Mertsin ABŞ səfəri ləğv edildi
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Tıxaca görə dərsə gecikən tələbələrə güzəşt olacaq?
-
İstanbulda boyun kütlətməyə gedən tır sürücüsü öldü - Həkimdən xəbərdarlıq - (Video)
-
Qəbələdə 65 yaşlı kişini avtomobil vurdu - Öldü
-
Bakıda 82 yaşlı kişi 9 mərtəbəli binadan yıxılaraq öldü
-
Hafiz Həsənovun məhkəməsində son qərar açıqlandı
-
Ronaldu "Əl-Nəsr"in sahibi olacaq?
-
"Ziraat Bank Azərbaycan" çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir!
-
TDT-nin müsəlman dini idarə rəhbərləri Ağdama gəliblər - (Foto)
-
Azərbaycanda quru sərhədlər açılır?
-
"Son mənzilə qədər Rəmişin yanında olmusunuz" - (Video)
-
Bir gündə 48 cinayət açıldı, 141 nəfər saxlanıldı





