QHT nümayəndələrinin Şuşaya səfəri başa çatıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şuşada səfərdə olan QHT nümayəndələrinin səfəri başa çatıb
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan səfərdə müxtəlif sahələrdə fəaliyyət göstərən 100-dək QHT təmsilçisi və bloggerlər iştirak edib.
Səfər çərçivəsində QHT-lərə Şuşanın azad olunması zamanı Azərbaycan əsgərlərinin göstərdiyi şücaətdən, eyni zamanda, şəhərin tarixi, strateji, mədəni və mənəvi əhəmiyyətindən söz açılıb. Həmçinin erməni vandalizminin Şuşada məscidlərə, tarixi abidələrə və digər obyektlərə vurduğu zərər haqqında məlumat verilib. O cümlədən, Qeyri-hökumət təşkilatlarının nümayəndələri mədəniyyət paytaxtımızda böyük həcmdə və sürətlə aparılan abadlıq, quruculuq işləri ilə də tanış olublar.
Azərbaycan Respublikasının Prezident Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə iş və Kommunikasiya şöbəsinin sektor müdiri, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev bildirib ki, Şuşa səfəri Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə QHT-lərin Qarabağ bölgəsinə sayca 10-cu səfəridir. Artıq mütəmadi olaraq, mədəniyyət paytaxtımıza QHT-lərin geniş tərkibdə səfəri təşkil olunur. Bugünədək 500-dən artıq QHT-nin yalnız Şuşaya, ümumilikdə 1000-dən artıq QHT nümayəndəsinin Qarabağa səfəri təşkil edilib.Səfərin təşkilində məqsəd 30 ilə yaxın erməni vandallarının törətdiyi dağıntıları, mədəni və tarixi abidələrin məhv edilməsi faktı ilə vətəndaş cəmiyyəti nümayəndələrini əyani tanış etmək və eyni zamanda burada aparılan bərpa və quruculuq işlərini onların diqqətinə çatdırmaqdır.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bundan əvvəl QHT nümayəndələrinin Ağdamda, Talış kəndində, Xudəfərində olduqlarını bildirib və belə səfərlərin davamlı olacağını diqqətə çatdırıb. İcraçı direktor bildirib ki, səfər 29 iyun tarixində də davam edəcək,ümumilikdə 200-ə qədər QHT nümayəndəsi iştirak edəcək və "əsas məqsədimiz vətəndaş institutlarının köməyi ilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Zəfərimiz, Qarabağda quruculuq işləri barədə məlumatları dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır".
Səfər QHT-lərin xoş əhval-ruhiyyəsi ilə yekunlaşıb və onlar ölkə başçısı cənab İlham Əliyevə xalqımızın əldə etdiyi zəfərə və Qarabağın incisi olan Şuşaya səfər imkanına görə təşəkkür ediblər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
-
Komaya düşən əməkdar artistin son vəziyyəti açıqlandı
-
Ofeliya Sənani xəsarət aldı: “Yerə çırpıldım..."
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
XƏBƏR LENTİ
-
Suraxanıda "Daş abidə"parkını söküblər? - (Video)
-
Payız gələn kimi niyə tez-tez xəstələnirsiniz? – 5 əsas səbəb
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - (Foto)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama





