"Heç vaxt getdiyim toylarda pul danışmamışam, amma ondan da yaxşı yola salıblar məni"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bir az xəstəyəm, barmağımı şəkərdən kəsiblər, 3-4 dəfə gözümdən əməliyyat olunmuşam. Gözümün biri sıradan çıxıb, digəri isə çox az görür. Ona görə də Fizuliyə, doğma Qoçəhmədli kəndimizə hələ də gedə bilməmişəm. Amma getmək arzusundayam. Şuşadan Fizuliyə asfalt yol çəkirlər, qoy o yol tam çəkilib bitsin, yayda həmin yolla Fizuliyə gedəcəyəm. Kəndimiz üçün, bulaqları, yaylaqları, dağları üçün çox darıxmışam. Mən o dağlarda qoyun otarırdım, səsim dağlarda əks-səda verirdi. Kənddə iki mərtəbəli ev tikdirmişdim, ermənilər hər şeyi məhv ediblər".
Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist, tanınmış muğam ustadı Süleyman Abdullayev deyib. O daha sonra əlavə edib.
"Seyid Şuşinksi o vaxt Fizuliyə gəlib, istedadlı uşaqları seçib Bakıya aparırdı. Mən də gəlib ifa etdim və bəyənib Bakıya dəvət etdi. Bakıda gəlib bacımgildə qaldım. O vaxt Əlibaba Məmmədov, Qulu Əsgərov, Elmira Rəhimova, Zeynəb Xanlarova kim sənətkarlarla birgə təhsil alırdım. Seyid Şuşinskinin çox qəribə dərs demək texnikası var idi, bütün kursları bir-birinə qatıb, dərs deyirdi. Muğamları bir-birimizdən öyrənirdik. Zeynəb Xanlarova görürdü ki, kənddən gəlmişəm, kənd uşağıyam, məni çox istəyirdi, dəstək olurdu. Bacı-qardaş münasibətimiz var idi. Hətta o Milli Məclisdə çıxış edəndən sonra mənə "Əməkdar artist" fəxri adını verdilər. Dedim ki, Zeynəb xanım, bu günə qədər verməyiblərsə, artıq istəmirəm, daha gecdir! Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələn kimi xalq artistlərinə prezident təqaüdü verdi. O zaman mənim nə adım var idi, nə də bu günki tanınırdım. Bir nəfər ona demişdi ki, Süleyman yaxşı oxuyandır, onun yanında qalmışdı. Demişdilər ki, sənə "Əməkdar artist" adını verəcəyik. Mən də gəlib anama demişdim, anam demişdi ki, artist nədir ki, qoy uşaq mahnısını oxusun! Mən də bunu həmin adama deyəndə onu gedib Heydər Əliyevə çatdırmışdı. Bu sözüm ulu öndərin xoşuna gəlmişdi. O vaxt prezident təqaüdlərini xalq artistlərinə verirdilər. Təqaüdləri verəndə demişdi ki, bir qara oğlan var, onun adı niyə siyahıda yoxdur? Bir nəfər yalandan demişdi ki, o müsavatçıdır! Heydər Əliyev demişdi ki, elə şey ola bilməz, tapın onu! Məni axtarıb tapıb, prezident təqaüdü vermişdilər" deyə sənətkar bildirib.
Dədə Süleyman muğam sənətinin bu günki vəziyyətindən də danışıb.
"Mənə "Dədə" ləqəbini xalq özü verib. Çünki həmişə bu xalqın işinə yaramışam, toylarına pulsuz getmişəm. Heç vaxt getdiyim toylarda pul danışmamışam, amma ondan da yaxşı yola salıblar məni. Əvvəldən kasıblarla dolanan adam olmuşam. Bu günki xanəndələrin hamısından razıyam, o qədər istedadlı gənclər var ki. Hamısının adı yadımda qalmayıb, amma elə gözəl oxuyurlar ki, ürəyim dağa dönür. Eldəniz Məmmədovu o vaxt uşaq vaxtı Fizulidə mən kəşf etmişəm. Maşallah indi görün hansı səviyyədədir?! Qavalımın birini Eldənizə, digərini isə Qoçaq Əsgərova hədiyyə etmişəm" deyə xanəndə bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Musiqi eyni dildə danışanda: Azərbaycan və Özbəkistan Gəncə səhnəsində görüşdü - (Foto)
-
Shahin Novrasli Festival 2026 möhtəşəm Braziliya musiqisi konserti və canlı karnavalla başa çatdı (Foto)
-
Əməkdar artist Nahidə Orucovanın 65 illik yubileyi qeyd olunub (Foto)
-
CineMastercard-da “Minionlar və bədheybətlər” filminin qapalı nümayişi keçirilib - (Video/Foto)
-
Azərbaycanda tanınmış musiqiçi vəfat etdi - (Foto)
-
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
"Toydan paylaşım etməyə utanıram" - Səbinə Babayeva
-
Soğanları kağız salfetə bükənlər bu dərddən qurtulur
-
100 yaşına çatanların səhər yeməyi seçimi: Hər gün bir kasa içirlər
-
Elektrik çəngəlini belə çıxaranlara xəbərdarlıq
-
Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
-
Keksi şar kimi qabardan sirr: Birini əlavə etmək bəs edir
-
"Əlimdə olan vəsaiti tamamilə batırdım" - Fərda Xudaverdiyev
-
KTM-də xəstələri plastik xərəklə daşıyırlar? - Açıqlama (Video)
-
Nigar Fərhaddan şikayət - “17 min alıblar, nə özü, nə də əməkdaşları cavab verir” (Video)
-
Yamalın atası Messidən gənc imiş
-
Gülbən Ergenin çimərlik (Fotoları)
-
Salyanda yol qəzasında ölənlərin sayı 4 nəfərə çatıb - Yenilənib (Foto)
-
"Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
-
Günün qoroskopu: Bu gün cəmiyyətdə parlayacaqsınız
-
Aaron Maluda “Bazel”ə keçə bilər
-
Zərdabda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb
-
Lydia Cemre Özşişman 35 kilo arıqlayıb (Foto)
-
FİFA Argentina millisinin üzvləri ilə bağlı araşdırmaya başlayıb (Video)
-
Azərbaycan Milli Mətbuatının 151-ci ildönümü qeyd olunub (Foto)
-
“İnanıram ki, sabah qalib gələcəyik” - Dambrauskas
-
Pike Şakiranı izlədi - (Video)
-
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb (Foto/Video)
-
Messidən hamını təəccübləndirən addım
-
Sabah Cəlilabadda işıq olmayacaq - Yenilənib





