Mədəniyyət

"Golden Kids Awards 2022" uşaq nominasiyaları üzrə mükafatlandırma mərasimi keçiriləcək - FOTO

19 May 2022 17:08
0 Şərh     Baxış: 478

Azərbaycan Könüllər İctimai Birliyi (AKİB) tərəfindən sayca 4-cü dəfə "Golden Kids Awards 2022" layihəsi keçiriləcək. AKİB tərəfindən 2018-ci ildən bəri 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan "Golden Kids Awards" müsabiqəsi təşkil edilir.

Layihənin əsas tədbiri, təntənəli mükafatlandırma mərasimi 07 iyun 2022-ci il tarixində Nizami Kino Mərkəzində baş tutacaq.

Qeyd olunan layihənin və AKİB-in Mədəniyyət və İncəsənət Departamentinin rəhbəri Ülviyyə Bəbirli bildirilir ki, bu yeganə ən böyük uşaq mükafatlandırma mərasimidir ki, 5-16 yaşadək olan uşaq və gənclərin iştirakını təmin edərək onların inkişaf, istedad və bacarıqlarını üzə çıxarır. COVID-19 pandemiyası səbəbindən hər il olduğu kimi, 2020 və 2021-ci illərdə keçirilməli olan mərasim baş tutmadı. Buna baxmayaraq, təşkilat komitəsi ilə istedadlı balaları yenə də bir araya yığaraq YouTube kanalı vasitəsilə onlayn konsert və mükafatlandırma mərasimini ərsəyə gətirdik.

Bu ilin xüsusi il olduğunu nəzərə alaraq, keçiriləcək "Golden Kids Awards 2022" layihəsini Şuşa ilinə həsr etmişik. Xüsusilə layihənin dizayn və konseptində bu ili əks etdirən rəmzdən istifadə olunub. Əvvəlki illərdəki təcrübəmizə əsaslanaraq bu layihədə də hörmətli qonaqlarımız ilə bərabər mükafatlandırma mərasimini təşkil edəcəyik.

Layihənin namizədləri əsasən seçim əsasında müəyyən olunaraq son illərdə əldə etdikləri uğur və aktiv fəaliyyətlərinə görə təltif olunacaqlar. Bu layihə istedadlı uşaqlar və gənclərə motivasiya xarakteri daşıyır.

Qeyd olunan uşaq və gənclər bizə təqdim etdikləri bacarıqları qiymətləndirərkən onlarla qürur duyur və sevinirik. Layihənin qala gecəsində həmin övladlarımızı dəvət etdiyimiz xüsusi qonaqlara tanıtmaqla yanaşı onları ictimaiyyətə də təqdim edəcəyik.

Onları mükafatlandırmaq üçün səhnəyə dəvət alan xüsusi qonaqlardan aldıqları xoş sözlər onlar üçün yalnız öz üzərlərində daha yaxşı çalışmalarına və bundan da böyük nailiyyətlər əldə etməklərinə təkan verəcəkdir.

"Golden Kids Awards 2022" layihəsinin iştirakçılarının posterlərini sizə təqdim edirik.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.Az, Azernews.az

Məqaləyə dair fotomateriallar:

İllik 14.5%-dən 30 000 manat zaminsiz komissiyasız kredit

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics