Beynəlxalq Muğam Mərkəzində tarzən və xanəndə Şirulla İmanovun xatirəsinə həsr olunmuş gecə keçirildi - VIDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yanvarın 13-də Beynəlxalq Muğam Mərkəzində tarzən və xanəndə Şirulla İmanovun (1909-1976) xatirəsinə həsr olunmuş gecə keçirildi.
Şirulla İmanov ötən əsrin əvvəlində Bakıda təşkil olunan konsertlərə həvəslə qatılırdı. Tarzənin bacarığını yüksək qiymətləndirən Ü.Hacıbəyli opera tamaşalarında tar ifaçılığını məmnuniyyətlə ona həvalə edirdi. Ş.İmanov yaradıcılığa başladığı ilk dövrlərdə iki premyeranın iştirakçısı olur. Bunlardan biri 1916-cı ildə "Tağıyev teatrı"nda Hüseynqulu Sarabski, Hüseynağa Hacıbababəyov, Əhməd Bədəlbəyli və digər korifey sənətkarların iştirakı ilə səhnəyə qoyulan Zülfüqar Hacıbəyovun "Aşıq Qərib", digəri isə 1919-cu ildə Müslüm Maqomayevin "Şah İsmayıl" operası olur. Bu premyeraların uğurundan ruhlanan gənc Şirulla söz verir ki, nə vaxtsa bu səhnədə özünü xanəndə kimi də sınayacaq. Bir neçə ildən sonra arzusu reallaşır. O, Opera və Balet Teatrı və Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərir. M.Maqomayevin "Şah İsmayıl", Z.Hacıbəyovun "Aşıq Qərib", Ü.Hacıbəylinin "Şeyx Sənan" operalarında sənətkar həm vokal, həm də tar ifaçısı kimi tamaşaçıların rəğbətini qazanır. Asəf Zeynallı adına Musiqi Məktəbində təcrübəsini gənc musiqiçi və ifaçılarla bölüşərdi.
Sənətkarın Çəmbərəkənddə yerləşən evində mütəmadi olaraq dostları yığışar və muğam gecələri təşkil edilərdi. Tarzənin dostları, muğam ustadları və biliciləri Xan Şuşinski, Bəhram Mansurov, Tələt Qasımov, Firudin Şuşinski, Hacıbaba Hüseynov, Əbülfət Əliyev, Məmmədəli Əliyev, Qurban Pirimov qonaq olardılar. Dost məclisləri çox zaman improvizasiya gecələrinə çevrilər, muğamlardan parçalar ifa olunar və bu ifaların xoş sədasına qonşular da yığışaraq böyük sənətkarları heyranlıqla dinləyərdilər. Bu ustadlarla səhnədə də çıxış edirdi. Eləcə də tanınmış xalq mahnıları və muğam ifaçıları Şövkət Ələkbərova, Cabbar Qaryağdıoğlu, Şahmalı Kürdoğlu, Sara Qədimova, Rübabə Muradova, Fatma Mehrəliyeva, Tükəzban İsmayılova, Şövkət Məmmədova və başqaları ilə birgə çalışıb, qastrol səfərlərinə gedib.
Gecədə görkəmli muğam ifaçıları, tarzənlər, Xalq Artistləri Ramiz Quliyev və Vamiq Məmmədəliyev Şirulla İmanovla bağlı xatirələrini bölüşüblər. Bədii hissədə Əməkdar artistlər, xanəndələr Təyyar Bayramov, Səbuhi İbayev, İlkin Əhmədov, tarzən Səbuhi Cəfərov, Muğam müsabiqələr laureatı, xanəndə Səbinə Ərəbli. İfaçıları tarzən Rəşad İbrahimovun rəhbərliyi ilə BMM -nin musiqi kollektivi müşayiət edib. Şirulla İmanovun nəvəsi, jurnalist Vüqar İmanov ailəsi adından Beynəlxalq Muğam Mərkəzininin rəhbərinə, Xalq Artisti Murad Hüseynova, musiqiçılərə və qonaqlara təşəkkür edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
-
“Bu, sənin anşlaqındır...” – Bakıda səhnə ustası, Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilib - (Foto)
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
Güclü yağış altında ikili yubiley – III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalı belə başladı - (Foto)
-
Bakıda açıq səma altında Dövlət Caz Orkestrinin 85 illiyinə həsr olunmuş möhtəşəm gecə keçirilib - (Foto)
-
Mobil Əhmədovun 95 illik yubileyinə həsr olunmuş “Ustadımın yolu ilə” konsert proqramı təqdim olunacaq - (Video)
XƏBƏR LENTİ
-
6 dəqiqə ölü qaldı, sonra Tanrıya inandı
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
-
“Bu, sənin anşlaqındır...” – Bakıda səhnə ustası, Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilib - (Foto)
-
“Canəli Əkbərovla Səməd Səmədovu efirə buraxmırdılar” - Əli Mirəliyev
-
Holand yayda "Real" əvəzinə "Barselona"ya keçə bilər
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
Dünyanın ən quraq səhrasında nadir hadisə - Hər yer çiçəklədi
-
Oruc Qasımov vəfat etdi - (Foto)
-
Netanyahu təkzib etdi, “Haaretz”i məhkəməyə verir
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
İlon Maskla bağlı sensasion iddialar: “Vətəndaş müharibəsinə qədər...”
-
Zubir “Qarabağ”a qayıdır? – Rəsmi
-
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - (Foto)
-
İranda dollar yenə bahalaşdı
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi





