Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Adil İsgəndərovun 100 yaşı tamam olur
5 May 2010 15:44
Baxış: 322
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bununla əlaqədar mərhum sənətkarın uzun illər çalışdığı Azərbaycan Dövlət Akademik Milli Teatrın kollektivi onun II Fəxri Xiyabandakı məzarını ziyarət ediblər. Ziyarət zamanı teatrın rəhbərliyi, eləcə də aktyor və aktrisalar Adil İsgəndərovun Azərbaycan teatrına verdiyi töhfələrdən danışıblar. Teatrın direktoru Maqbet Bünyatov milli teatrımızın 25 ilinin onun adı ilə bağlı odluğunu diqqətə çatdırıb: "68 illik ömrünün az qala yarısını Azərbaycan Milli Dram Teatrının inkişafına həsr edən Adil İsgəndərov rəhbərlik etdiyi bu sənət ocağında əsl yaradıcılıq məktəbi yaratdı. Dövrünün ən yüksək titullarına - SSRİ xalq artisti, SSRİ dövlət mükafatı laureatı adlarına layiq görülən rejissor, aktyor, pedaqoq Adil İsgəndərovun həyatının mənası teatr idi. O, sənətə özünəməxsus dəst-xətt, yaradıcılıq yenilikləri bəxş edib". Kollektiv Mikayıl Mirzə, Tofiq Kazımov, Həsən Turabov və digər mərhum aktyorların da məzarını ziyarət edib.
Qeyd edək ki, Adil Rza oğlu İsgəndərov 1910-cu il mayın 5-də Gəncə şəhərində dünyaya göz açıb. 1930-cu ildə Azərbaycan Dövlət Teatr Məktəbini, 1936-cı ildə Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirib. Onun teatrda ilk işi 1936-cı ildə A. Korneyçukun "Platon Kreçet" pyesi (bu əsər Azərbaycan dilinə çevrilib və "Polad qartal" adı ilə oynanılıb) olub. 1937-ci ildə teatrın bədii rəhbəri təyin edilən sənətkar 1960-cı ilin sonuna qədər kollektivin yaradıcılıq işini istiqamətləndirib. Adil İsgəndərovun yaratdığı monumental tamaşalar indi də teatr tarixinin ən şərəfli səhifələri hesab edilir: Mirzə İbrahimovun "Həyat", Səməd Vurğunun "Vaqif", "Fərhad və Şirin", Sabit Rəhmanın "Xoşbəxtlər", Nazim Hikmətin "Türkiyədə", İlyas Əfəndiyevin "Bahar suları", Mehdi Hüseynin "Cavanşir", Ənvər Məmmədxanlının "Şərqin səhəri" və başqaları. Rejissorun Şekspirin "Otello" pyesinə Azərbaycan teatrında da səhnə həyatı verməsi yalnız sənətkarın deyil, milli mədəniyyətin ən böyük uğurlarından idi. Adil İsgəndərovun adı həm də böyük Hüseyn Cavidin milli teatra tarixi qayıdışı ilə bağlıdır. 1956-cı ildə yüksək səviyyədə hazırlanan "Şeyx Sənan" tamaşası 20 illik fasilədən sonra yenidən teatra dönən Hüseyn Cavidin unudulmaz xatirəsinə hörmətin, eyni zamanda Adil İsgəndərovun rejissor sənətinin əzəmətinin parlaq nümayişi olub.

DİGƏR XƏBƏRLƏR
-
Bolero X-in coşqun ritmi və plastikası Bakını heyran etdi
-
Zəfər Gününə həsr olunmuş “Zəfərimizin sədası” adlı sosial-mədəni tədbir keçirilib - (Foto)
-
Tanınmış rəqqasə Təranə Muradovanın nəvəsinin Azerbaijan Dance Festival-da parlaq debütü - (Video/Foto)
-
8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edildi - (Foto)
-
Fırçadan rəqəmsal dünyaya: TikTok-da sənəti ilə fərqlənən azərbaycanlı rəssamlar
-
Fidan Hacıyeva Parisdə Azərbaycanın Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert haqqında danışıb - (Foto)
XƏBƏR LENTİ
-
Bolero X-in coşqun ritmi və plastikası Bakını heyran etdi
-
Qobustanda mikroavtobus aşdı
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - (Foto)
-
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb - (Foto)
-
General-leytenant rütbəsi alan Zaur Rüstəmov kimdir? - DOSYE
-
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb
-
Bu yollarda sürət həddi endirildi
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Ayın 8-də Azərbaycanda intensiv yağış yağacaq
-
Xankəndi stadionu yenidənqurmadan sonra belə görünür - FOTOlar
-
Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib - (Foto)
-
"Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir" - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib - (Foto)
-
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - (Foto)
-
Limada Zəfər Günü münasibətilə şəhər meriyasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - (Foto)
-
Yol polisi hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət etdi
-
Hava ilə bağlı son məlumat
-
Azərbaycanda gübrələr bahalaşır, bəs ərzaqlar?
-
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib - (Foto)
-
Azərbaycanın Zəfər Günü Kolumbiya mətbuatında işıqlandırılıb - (Foto)
-
Ramiz Mehdiyevin İsa Həbibbəyliyə vəzifə veriləcəyi iddiasına AMEA-dan cavab
-
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - (Foto)
-
Prezident İlham Əliyev Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - (Foto)