Mədəniyyət

"Qarabağ" klubu ilə bağlı sənədli film, Tağıyevlə bağlı isə serial çəkiləcək

28 Dekabr 2021 15:42
0 Şərh     Baxış: 755
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Qarabağ" futbol klubu haqqında sənədli filmin çəkilməsi nəzərdə tutulur.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov "Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr" mövzusunda mətbuat konfransında bildirib.

O, hazırda bununla bağlı layihələrinin olduğunu diqqətə çatdırıb.

Nazir həmçinin, Bakı Media Mərkəzi ilə birlikdə Hacı Zeynalabdin Tağıyev haqqında serial çəkiləcəyini vurğulayıb.

"Gələn il Türkiyə ilə bigə filmlərin çəkilməsi gündəmdədir. Bununla bağlı danışıqlar gedir. Bu filmlərin "Netflix"də yayımları da mümkün ola bilər", -nazir bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.