Bakıdakı dəhşətli yol qəzası ilə bağlı yeni faktlar - Sürücü bu universitetin tələbəsidir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, ötən gün səhər saatlarında hava limanı yolunun Mərdəkan istiqamətində hərəkətdə olan yük avtomobili aeroport yolunda 171 nömrəli sərnişin avtobusuna çırpılıb. Baş verən hadisə nəticəsində 5 nəfər həyatını itirib, 25 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb ki, yaralılardan bəzilərinin vəziyyəti çox ağırdır.
Milli.Az xəbər verir ki, publika.az-ın əldə etdiyi məlumata görə, sərnişin avtobusuna çırpılan "Mercedes" markalı, 99 DH 343 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Qobustan rayonunun Ərəbşalbaş kəndindən olan 2002-ci il təvəllüdlü Əzizov Mahmud Babagözəl oğlu Bakı Mühəndislik Universitetinin (keçmiş "Qafqaz") tələbəsidir. 3-cü kurs tələsəbi olan Mahmud gecə saatlarında yaşadığı kənddən yola çıxaraq Bakı şəhərinin Buzovna qəsəbəsinə quru ot gətirirmiş. Belə ki, onun qardaşları Buzovna qəsəbəsində yaşayırlar və iribuynuzlu heyvan saxlayırlar. Bu səbəbdən də o, gecə saatlarında qardaşlarının təsərrüfatı üçün yük gətirib.
Hadisədən dərhal sonra polis tərəfindən saxlanılan Mahmud ilkin ifadəsində gecə yol gəldiyini və bir anlıq yuxuladığını deyib.
Həmçinin məlum olub ki, hadisəni törədən 19 yaşlı oğlan körpə olarkən anasını itirib. Onu və 2 qardaşını məktəbdə idman müəllimi işləyən atası böyüdüb. Ailə kənddə müsbət xarakterizə olunur.
Qeyd edək ki, Mahmud Əzizov hadisədən sonra saxlanılıb və məhkəmə onun həbs edilməsinə qərar verib. Fakta görə Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə iş açılıb.
Milli.Az
XƏBƏR LENTİ
-
Nuri Əhmədov vəfat etdi
-
2027-ci ildə pensiyalar nə qədər artacaq?
-
Neftin qiyməti ucuzlaşdı
-
Formula 1 və Formula 2 üzrə Bakı Qran-Prisi start götürür
-
Formula 1 həftəsində xarici media Azərbaycan irsi ilə tanış olub - (Foto)
-
Pultda "0" düyməsinə uzun basanda işə düşür: Çox adam bunu bilmir
-
Azərbaycan Qran Prisi 2026: Sürət həvəskarları “Pit” zolağı gəzintisində - (Foto)
-
Göyçayda 4 nəfərlik qeyri-adi velosiped - sürücünün 12 yaşı var - (Video)
-
Yamal futbolda əsas hədəfini açıqladı
-
Eşidənlər zeytun tumunu artıq zibilə atmır
-
Günün bu saatında içilən kofe damarları daxildən zədələyir
-
Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə
-
"Barselona"nın oynadığı futbol deyil" - Simeone
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
Kloppdan Almaniya millisinə sərt qadağalar
-
Yasamal və Xəzərdə işıq olmayacaq - Yenilənib
-
Niderland “Avroviziya”nı boykot etdi
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
Rəqsanə İsmayılovaya ağır itki
-
Şəkidə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var - (Video)





