Hadisə, Kriminal

Ana azyaşlı oğlunu və qızını cənnətə düşmələri üçün güllələdi

5 Oktyabr 2021 20:54
3 Şərh     Baxış: 1 373
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Arizona ştatından olan 24 yaşlı Ester Kallehas öz uşaqlarına hücum edib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bir neçə il əvvəl, ərindən gizli şəkildə tapança alıb və faciədən bir az əvvəl onu hazır vəziyyətə gətirərək uşaq otağında gizlədib.

Faciə günü qız silah çıxararaq 2 yaşlı qızının sinəsinə iki dəfə və qaçmağa çalışan 6 yaşlı oğluna ən azı üç dəfə atəş açıb. Qadın sonra özünü öldürməyə cəhd edib. 

Ancaq Ester ərinə və bacısına zəng edərək nə etdiyini söyləyib. Şoka düşən qohumları polis və təcili yardım çağırıb. Qadın saxlanılıb, uşaqlar xəstəxanaya yerləşdirilib. 

İki yaşlı qızı xilas etmək mümkün olmayıb, oğlan isə kritik vəziyyətdədir. 

Qadın hüquq-mühafizə orqanlarına deyib ki, uşaqlarının cənnətə düşmələrini istədiyindən onları güllələyib. 

Gənc ananın depressiyadan əziyyət çəkdiyi və antidepresanlar qəbul etdiyi məlum olub. O, qətl və adam öldürməyə cəhddə ittiham olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.