"Binə Atçılıq" Məhdud Məsuliyyətli Cəmiyyətindən (MMC) oğurluq olub.
Milli.Az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Binə Atçılıq" MMC-yə məxsus yardımçı təsərrüfatdan 4000 ABŞ dolları dəyərində 2 ədəd yəhər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri T.Musayev və K.Ələkbərov müəyyən edilərək saxlanılıb.
Milli.Az