İstabulda marketlərdən birində növbə üstündə mübahisə sonradan davaya çevilib.
Milli.Az haberturk-ə istinadən xəbər verir ki, qarşıdurmaya müdaxilə edən üç polis əməkdaşı bıçaqlanıb. Xəstəxanaya çatdırılan polislərdən birinə 18, digərinə 19 tikiş qoyulub. Üçüncü polis isə qarnından zərbə alıb. Məlumata görə, polislər də marketdən alış-veriş etmək niyyətində olublar. Onlar dava salan şəxsi oradan uzaqlaşdırmağa cəhd göstəriblər. "Məqsədimiz aranı sakitləşdirməkdir, bizdən nə istəyirsən" deyən polisə bu zaman yumruq atan şəxs sonradan polisləri bıçaqla yaralayıb.
Kamran Seyidov
Milli.Az