Hadisə, Kriminal

Xətaidə "BMV" vurdu, piyada öldü

9 Aprel 2010 09:05
Baxış: 178
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hadisə Rüstəmov Niyaməddin Xanmurad oğlunun idarə etdiyi "BMV" markalı avtomaşınla piyada Zeynalova Tövhə Nəcəf qızını vurması nəticəsində meydana gəlib. Piyada elə hadisə yerindəcə dünyasını dəyişib.

Qəza baş verən ünvana xətai rayon polis idarəsi və dövlət yol polis şöbəsinin əməkdaşları cəlb olunub. Hadisə yeri müayinə olunaraq, müvafiq istintaq hərəkətləri həyata keçirilib. Baş vermiş yol nəqliyyat hadisəsini Xətai rayon polis idarəsinin müstəntiqi Əli Əhəmədov araşdırır.

Qeyd edək ki, hadisəni törədən sürücü Niyaməddin Rüstəmov avtoqəzadan sonra ərazidən uzaqlaşmağa macal tapıb. Amma Rüstəmov daha sonra fikrindən yayınaraq könüllü surətdə Xətai rayon polis idarəsinə gələrək təslim olub.

Piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsinin dəqiq səbəblərinin müəyyən edilməsi istiqamətində müvafiq olaraq avtotexniki və tibbi ekspertizalar təyin olunub. Avtoqəzanın hansı şəraitdə meydana gəlməsi ekspertizaların verəcəyi yekun rəydən sonra məlum olacaq. Artıq faktla bağlı Xətai rayon polis idarəsində Niyaməddin Rüstəmov barəsində cinayət məcəlləsinin 263.2 yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma və 264 yol nəqliyyat hadisəsi yerindən qaçma maddələri ilə cinayət işi başlanılıb, istintaq davam edir.

/ANS TV/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.