Hadisə, Kriminal

31 yaşlı kişi qayınatası yaşayan binanın 15-ci mərtəbəsindən özünü atdı

13 Aprel 2011 18:45
Baxış: 188
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu barədə APA-ya Nərimanov Rayon Polis İdarəsindən bildirilib. Hadisə bu gün Ağa Nemətulla küçəsi, 79 ünvanında qeydə alınıb. Naxçıvan sakini, 1980-ci il təvəllüdlü Hüseynov Qəzənfər Hüseyn oğlu 17 mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətlərdən yerindəcə keçinib.

Nərimanov Rayon Prokurorluğundan bildirilib ki, Q. Hüseynovun intihar etdiyi binada onun qayınatası yaşayır. Lakin o, intihar etməzdən əvvəl qayınatasının evinə getməyib. Q. Hüseynov həmin ünvana intihar etmək məqsədilə gedib. Onun özünə qəsd etməsinin səbəbləri barədə isə hələlik məlumat yoxdur.

Q. Hüseynovun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində çalışdığı bildirilir.

Baş vermiş hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.