Hadisə, Kriminal

Bakıda Sovet maşınlarına qənim kəsilən dəstə ələ keçdi

28 Yanvar 2011 12:06
Baxış: 225
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avtomobilləri qarət edən dəstə ələ keçib. Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, dəstənin 6 üzvü yaxalanıb. Onların əsas hədəfləri isə sovet istehsalı olan minik avtomobillər olub. Ötən ilin dekabrından başlayaraq fəaliyyət göstərən dəstə üzvlərinin 10-a yaxın epizod üzrə oğurluq etmələri müəyyən edilib.

Məlum olub ki, saxlanılanlar 2010-cu il dekabrın 25-nə keçən gecə İsaqzadə qəsəbəsində Elməddin Dəmirova məxsus "VAZ-2107" markalı avtomobildən maqnitofon, 5 ədəd səs gücləndirici, ehtiyat təkər, Elfaq Allahverdiyevə məxsus "VAZ-2106" markalı avtomobildən isə maqnitofon oğurlayıblar.

Araşdırmalar nəticəsində məlum olub ki, onlar yanvarın 5-də Mərdanov qardaşları küçəsində Həsənağa Məmmədova məxsus "VAZ-2106" markalı, Daş karxanası küçəsində yaşayan Elşad Xəlilova məxsus "VAZ-2107" markalı və yanvarın 14-də Hidayətzadə küçəsində Fərid Məmmədova məxsus "VAZ-2107" markalı avtomobillərdən maqnitofonlar oğurlayıblar.  

Daxili İşlər Nazirliyinin NBPİ, Nərimanov rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi, 17-ci və 18-ci polis bölmələrinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində dəstənin cinayət əməllərinə son qoyulub. Oğurluqda şübhəli billinənlər Vüsal Ağakişiyev, Yusif Nuriyev, Asif Əhmədov, Nicat Mustafayev, Fərid Əyyublu Təbriz Fətəliyev yaxalanıb.

Faktla bağlı cinayət işi başlanıb. Dəstənin digər cinayət əməlləri törətməsi istisna olunmur. Ona görə də bu istiqamətdə istintaq hərəkətləri davam etdirilir.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.