Hadisə, Kriminal

“Karvan” klubunun avtobusu yük maşını ilə toqquşub, 6 futbolçu xəsarət alıb

22 Yanvar 2011 16:15
Baxış: 146
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yevlax Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə yanvarın 22-də saat 13:00 radələrində Yevlax şəhərinin Ceyhun Mustafayev küçəsində qeydə alınıb.

"Karvan" İdman Klubuna məxsus, 1960-cı il təvəllüdlü Mirzəyev Qaçay Abduləli oğlunun idarə etdiyi 66-AC-001" dövlət nömrə nişanlı "Daewo" markalı avtobus qarşı tərəfdən gələn, 1975-ci il təvəllüdlü Abdullayev Elşən Xəlil oğlunun idarə etdiyi 90-JF-621 dövlət nömrə nişanlı "Tatra" markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində "Karvan" klubunun futbolçuları - 26 yaşlı Amil Orucov və Fərid Məmmədov, 25 yaşlı Nicat Gülməmmədov, 28 yaşlı Eldəniz Orucov, 30 yaşlı Rövşən Vəliyev və 31 yaşlı Ramil Mehdiyev, eləcə də "Tatra"nın sürücüsü Elşən Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına yerləşdiriliblər.

"Karvan" komandası "Şəmkir" komandası ilə oyuna gedirmiş. Faktla bağlı Yevlax rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.