Hadisə, Kriminal

Ömürlük məhkumdan telefon aşkarlandı

30 Yanvar 2014 16:02
0 Şərh     Baxış: 783
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qobustan Həbsxanasında ömürlük məhkum olunmuş şəxsdən mobil telefon götürülüb

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustanda yerləşən Həbsxanada cəza çəkən, ömürlük azadlıqdan məhrum edilmiş məhkum Azər Tarverdi oğlu Əsədovun saxlandığı kameraya və üzərinə baxış keçirilib. Baxış zamanı döşəmədə düzəldilmiş gizli saxlanc yerindən daxilində "Nar" danışıq kartı olan 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Azər Əsədov Cinayət Məcəlləsinin 93-3 h.3; 93.5- h.3; 94 b.1,6,38 h 1.3 maddələri ilə təqsirli bilinərək ömürlük azadlıq məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.