Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustanda yerləşən Həbsxanada cəza çəkən, ömürlük azadlıqdan məhrum edilmiş məhkum Azər Tarverdi oğlu Əsədovun saxlandığı kameraya və üzərinə baxış keçirilib. Baxış zamanı döşəmədə düzəldilmiş gizli saxlanc yerindən daxilində "Nar" danışıq kartı olan 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.Qobustan Həbsxanasında ömürlük məhkum olunmuş şəxsdən mobil telefon götürülüb