Hadisə, Kriminal

Azərbaycanda teleaparıcı qəza törətdi, nazirlik əməkdaşı öldü - YENİLƏNİB - VİDEO - FOTO

9 Yanvar 2014 13:13
26 Şərh     Baxış: 21 059
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
13:05

Bakının Suraxanı rayonunda ağır yol qəzası baş verib. Suraxanı rayon 30-cu polis bölməsindən APA TV-yə verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. "Hyundai" markalı avtomobil Hövsan kanalına düşüb.
 
Avtomobilin sürücüsü Rafiq Məmmədov xilas olsa da, sərnişin Pərvanə Məmmədova suda boğularaq ölüb.

Avtomobilin sürücüsü Rafiq Məmmədov İTV-nin informasiya departamentinin əməkdaşıdır. Dünyasını dəyişən sərnişin isə onun bacısı, 32 yaşlı Pərvanə Məmmədovadır. O, səhiyyə nazirliyinin mətbuat xidmətinin əməkdaşıdır.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Məmmədova ölüm faktını təsdiqləyib. Bir neçə gün öncə 32 yaşını qeyd edən Pərvanə Məmmədova işə gedirmiş.  Onun meyiti hazırda 3 saylı şəhər xəstəxanasının morqundadır.

----------
12:41

Bu gün saat 10:00 radələrində Bakının Suraxanı rayonunda ağır yol qəzasına düşən İTV-nin aparıcısı Rafiq Məmmədovun halı pisləşib. Anspress-in məlumatına görə, qəza baş verən zaman avtomobili idarə edən Rafiq Məmmədov kanala düşən maşından çıxandan sonra evə aparılıb. Lakin sonradan qarın nahiyəsində və bədəninin digər hissələrində küt ağrılar başlayıb. Onu 3 saylı Sabunçu xəstəxanasına yerləşdiriblər.

Xəstəxanadan Anspress-ə verilən məlumata görə, hazırda aparıcının vəziyyəti stabil ağırdır. Onun müalicəsi davam etdirilir.

Qeyd edək ki, bu gün saat 10:00 radələrində Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində İTV-nin aparıcısı Rafiq Məmmədovun idarə etdiyi "Hyundai" markalı avtomobil Hövsan kanalına düşüb. Qəza nəticəsində aparıcının bacısı, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Pərvanə Valeh qızı Məmmədova dünyasını dəyişib

---------
10:43

Qəzaya uğrayan avtomobilin sürücüsünün İTV-nin aparıcısı Rafiq Məmmədov olduğu bildirilir. Anspress-in məlumatına görə, qəzada dünyasını dəyişən Pərvanə Məmmədova Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşıdır.

----------
10:22

Avtomobildə ölən şəxs Səhiyyə Nazirliyinin əməkdaşıdır.

Bu gün saat 10:00 radələrində Bakının Suraxanı rayonunda ağır yol qəzası baş verib. Rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, Hövsan qəsəbəsində "Hyundai" markalı avtomobil Hövsan kanalına düşüb. Nəticədə avtomobildə olan sərnişin dünyasını dəyişib, sürücü isə xilas ola bilib.

Qeyd edək ki, sürücünün İTV telekanalının əməkdaşı olduğu bildirilir. Lakin hələlik onun kimliyi müəyyən olunmayıb. Hadisə nətcəsində isə sürücünün bacısı, 32 yaşlı Pərvanə Valeh qızı Məmmədova boğulub. Dünyasını dəyişən qadının Səhiyyə Nazirliyinin əməkdaşı olduğu bildirilir. Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, təcili yardım həkimləri, polis, prokurorluq və digər hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Milli.Az

----------
13:13




Böyütmək üçün şəkillərə klikləyin.

----------
13:13



--------
12:11



---------
11:44



---------
10:50



Foto: anspress, musavat.com, qafqazinfo, Facebook , Day.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.