Hadisə, Kriminal

Bakıda qaydaları pozan sürücü 30 sutka həbs edilib

30 İyun 2026 10:11
Baxış: 331
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən dövlət qeydiyyat nişanı olmayan və xüsusi səs siqnalı ilə təchiz edilmiş "Tofaş" markalı, 77-MQ-054 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi saxlanılıb.

DİN-in Mətbuat xidmətinin məlumatına görə, sürücü Tərlan Əliyevin sənədləri yoxlanılarkən onun davranışları şübhə doğurduğundan tibbi müayinəyə göndərilib. Müayinə nəticəsində onun narkotik vasitə qəbul etdiyi müəyyən edilib.

Faktla bağlı sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib olunaraq iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə T.Əliyev 30 sutka inzibati qaydada həbs edilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.