Hadisə, Kriminal

Oğurladığı bank kartı ilə alış-veriş etdi, tutuldu - VİDEO

9 Fevral 2026 10:05
Baxış: 455
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xətai rayonunda sərnişin avtobusunda bir nəfərin içərisində qızıl-zinət əşyaları və bank kartı olan pul kisəsi oğurlanıb. Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cibgirlik etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 58 yaşlı Pünhan Umudov müəyyən edilərək saxlanılıb.

Milli.Az xəbər verir ki, həmin şəxs oğurladığı qızıl-zinət əşyalarını 730 manata satdığını, bank kartı ilə isə marketlərdə 900 manatlıq alış-veriş etdiyini bildirib.

Araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.